Təhsil 365 - Logo Mobile

“Çin, mənim arzum” kitabının imza günü olub

5002.11.2026 - 08:09
 “Çin, mənim arzum” kitabının imza günü olub

Bakıda Çinin humanitar elmlər sahəsində nüfuzlu ali təhsil müəssisələrindən biri olan Jenmin Universitetinin doktorantura məzunu, Çin dili müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin, mənim arzum” kitabının imza günü keçirilib.

“Tehsil365” AZƏRTAC- a istinadən xəbər verir ki, imza günü çərçivəsində oxucular müəlliflə görüşmək, onun yaradıcılığı və kitabın ərsəyə gəlmə prosesi ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və nəşri müəllifin imzası ilə əldə etmək imkanı qazanıblar.

Bədii-publisistik üslubda qələmə alınmış “Çin, mənim arzum” kitabında müəllifin Çində tələbəlik həyatı, təhsil təcrübəsi, ölkənin akademik mühitinin özünəməxsus xüsusiyyətləri və şəxsi müşahidələri əksini tapıb.

Əsər yalnız bir ölkədə təhsil almaq təcrübəsini əks etdirən xatirələr toplusu deyil, həm də arzuların gerçəkləşməsi yolunda əzmkarlığın, iradənin və davamlı inkişafın əhəmiyyətini önə çəkən bir həyat hekayəsidir. Müəllif şəxsi təcrübəsi əsasında məsuliyyət, özünəinam, çətinliklərin öhdəsindən gəlmək və qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmək kimi mövzulara toxunur.

Kitabda Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq arzusunda olan gənclər üçün praktik tövsiyələr yer alır. Müəllif əldə etdiyi nailiyyətlərlə yanaşı, bu uğurların arxasında dayanan uzunmüddətli hazırlıq prosesini, qarşılaşdığı çətinlikləri, tərəddüdləri və şəxsi inkişaf mərhələlərini də oxucularla bölüşür.

Əsərin əsas ideyası böyük arzuların gerçəkləşməsi üçün inamla yanaşı, ardıcıl zəhmətin və əzmkarlığın vacibliyini önə çəkməkdir. Bu baxımdan “Çin, mənim arzum” yalnız Çin və xaricdə təhsillə maraqlanan gənclər üçün deyil, həyatında yeni səhifə açmaq, özünü inkişaf etdirmək və qarşısına böyük məqsədlər qoymaq istəyən hər kəs üçün ilham mənbəyidir.

Kitabın əsas mesajı isə belədir: insanın taleyini dəyişən təkcə arzuları deyil, həmin arzulara doğru hər gün atdığı kiçik, lakin ardıcıl addımlardır.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar02.11.2026 - 09:35
Hindistan səfirliyində sərgi keçirilib02.11.2026 - 09:33
"Rəqəmsal Media Ayı" keçiriləcək02.11.2026 - 09:11
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 09:08
Azərbaycanda Leonid meteor yağışı görünəcək 02.11.2026 - 09:06
Sabahın hava proqnozu açıqlanıb 02.11.2026 - 09:03
Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub02.11.2026 - 08:45
Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi02.11.2026 - 08:40
Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq02.11.2026 - 08:36
Qarabağda “Zəfər” konfransı keçirilib02.11.2026 - 08:31
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb02.11.2026 - 08:22
Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası səsləndiriləcək02.11.2026 - 08:20
Noyabrın 4-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 08:17
Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb02.11.2026 - 08:05
Fidan Haşımova: “Şəhidin səsi” proqramı başa çatsa da, şəhidlərimizin səsi heç vaxt susmayacaq”01.11.2026 - 19:27
Professor Müslüm Qurbanov vəfat edib01.11.2026 - 18:50
167 nömrəli məktəbin müəllimi vəfat edib01.11.2026 - 18:43
Daş Salnamə Muzeyində "Art Weekend" çərçivəsində sərgilər təqdim olunub01.11.2026 - 18:10
İcra məmuru olmaq üçün müsabiqə elan edildi01.11.2026 - 17:58
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu01.11.2026 - 17:49
"Mixaylo" haqqında filmin premyerası olacaq01.11.2026 - 17:39
Cəlilabadda qədim yaşayış məskəni tapılıb01.11.2026 - 17:35
Uşaqlar üçün yeni mahnılar təqdim olunub01.11.2026 - 17:22
Gənclərin Respublika Elmi Konfransı keçiriləcək01.11.2026 - 17:12
NASCO29 konfransına 1028 elmi iş qəbul edilib01.11.2026 - 17:02
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib01.11.2026 - 17:00
Azərbaycanda bölgə teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 16:55
“Nəfəsim Vətən” tamaşasının premyerası olub01.11.2026 - 16:50
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub01.11.2026 - 15:53
Məktəbli beynəlxalq çempionatda uğur qazanıb01.11.2026 - 15:51
Niyə “O”? – Rəssamla görüş01.11.2026 - 14:47
Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 14:45
Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub01.11.2026 - 14:43
Gəncədə yeniyetməni avtomobil vurdu01.11.2026 - 14:38
Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi01.11.2026 - 14:34
Naxçıvanda XI siniflər üçün monitorinq keçirilir01.11.2026 - 14:33
Uşaqların məktəbdə uğurunun təməli bağçada qoyulur 01.11.2026 - 14:24
NASA-nın “Hubble” teleskopu kainatla bağlı gözlənilməz nəticə əldə etdi01.11.2026 - 13:20
Müəllim 16 il işə getmədən maaş alıb 01.11.2026 - 13:16
Sabahdan Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir01.11.2026 - 13:14
Sabah şimşək çaxacaq, güclü yağış yağacaq01.11.2026 - 13:11
Məktəblərdə 7 minə yaxın iş yeri ixtisar edilə bilər01.11.2026 - 13:09
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır01.11.2026 - 13:08
Yaponiya xarici vətəndaşlar üçün yapon dili təhsilini genişləndirir01.11.2026 - 13:05
Professor vəfat edib01.11.2026 - 13:04
Universitetlərə qəbul sistemi dəyişdiriləcək01.11.2026 - 12:59
Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında qələbə qazanıb01.11.2026 - 12:56