Təhsil 365 - Logo Mobile

Azərbaycanda Leonid meteor yağışı görünəcək

5102.11.2026 - 09:06
Azərbaycanda Leonid meteor yağışı görünəcək

Noyabrın 6-dan 30-dək Azərbaycanda Leonid meteor yağışı müşahidə ediləcək.

“Tehsil365” Metbuat.az -a istinadən xəbər verir ki, Meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.

Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.

Leonid meteor yağışı hər il Yer kürəsinin "55P/Tempel–Tuttle" kometinin öz orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. "55P/Tempel–Tuttle" kometi Günəş sisteminə daxil olan qısadövrlü periodik kometlərdən biridir. Komet Günəş ətrafında tam dövrünü təxminən 33,2 ilə başa vurur. O, 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib. Komet hər iki astronomun şərəfinə adlandırılıb.

Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Bu göstərici Leonidləri ən sürətli meteor axınlarından birinə çevirir. Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızır, parçalanır və onların hərəkət trayektoriyası boyunca işıqlanan qaz izləri əmələ gəlir. Yer səthindən bu hadisə səmada sürətlə hərəkət edən parlaq işıq zolaqları şəklində müşahidə edilir.

Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorlar səmanın müxtəlif istiqamətlərində görünə bilər.

Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999–2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub. Meteor fırtınaları Yer kürəsinin kometin orbitindəki daha sıx maddə axınlarından keçməsi ilə əlaqədardır. Lakin 2026-cı ildə belə güclü meteor fırtınası gözlənilmir.

Əzizə Qayıtmazova

Xəbər Lenti

Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub02.11.2026 - 11:45
Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib02.11.2026 - 11:32
"İrəvan Qazılığının tarixi" kitabı təqdim edilib02.11.2026 - 11:30
Şeyxülislam: Qazılıqların fəaliyyətini məcburi dayandırması deportasiyaların acı nəticəsi idi02.11.2026 - 11:28
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb02.11.2026 - 11:25
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirilib02.11.2026 - 11:23
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR02.11.2026 - 11:20
Məktəb psixoloqları üçün dərs saatlarının ayrılması təklif olunur02.11.2026 - 11:15
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb02.11.2026 - 11:10
Dərsə gəlməyənlər attestat almayacaq, növbəti sinifə keçməyəcək02.11.2026 - 11:05
Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?02.11.2026 - 11:00
“Yaxşı əsər gec-tez öz naşirini və oxucusunu tapır“—İradə Aytel02.11.2026 - 10:48
Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar02.11.2026 - 09:35
Hindistan səfirliyində sərgi keçirilib02.11.2026 - 09:33
"Rəqəmsal Media Ayı" keçiriləcək02.11.2026 - 09:11
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 09:08
Sabahın hava proqnozu açıqlanıb 02.11.2026 - 09:03
Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub02.11.2026 - 08:45
Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi02.11.2026 - 08:40
Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq02.11.2026 - 08:36
Qarabağda “Zəfər” konfransı keçirilib02.11.2026 - 08:31
UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb02.11.2026 - 08:22
Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası səsləndiriləcək02.11.2026 - 08:20
Noyabrın 4-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 08:17
“Çin, mənim arzum” kitabının imza günü olub02.11.2026 - 08:09
Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb02.11.2026 - 08:05
Fidan Haşımova: “Şəhidin səsi” proqramı başa çatsa da, şəhidlərimizin səsi heç vaxt susmayacaq”01.11.2026 - 19:27
Professor Müslüm Qurbanov vəfat edib01.11.2026 - 18:50
167 nömrəli məktəbin müəllimi vəfat edib01.11.2026 - 18:43
Daş Salnamə Muzeyində "Art Weekend" çərçivəsində sərgilər təqdim olunub01.11.2026 - 18:10
İcra məmuru olmaq üçün müsabiqə elan edildi01.11.2026 - 17:58
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu01.11.2026 - 17:49
"Mixaylo" haqqında filmin premyerası olacaq01.11.2026 - 17:39
Cəlilabadda qədim yaşayış məskəni tapılıb01.11.2026 - 17:35
Uşaqlar üçün yeni mahnılar təqdim olunub01.11.2026 - 17:22
Gənclərin Respublika Elmi Konfransı keçiriləcək01.11.2026 - 17:12
NASCO29 konfransına 1028 elmi iş qəbul edilib01.11.2026 - 17:02
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib01.11.2026 - 17:00
Azərbaycanda bölgə teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 16:55
“Nəfəsim Vətən” tamaşasının premyerası olub01.11.2026 - 16:50
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub01.11.2026 - 15:53
Məktəbli beynəlxalq çempionatda uğur qazanıb01.11.2026 - 15:51
Niyə “O”? – Rəssamla görüş01.11.2026 - 14:47
Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb01.11.2026 - 14:45
Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub01.11.2026 - 14:43
Gəncədə yeniyetməni avtomobil vurdu01.11.2026 - 14:38
Ebola daha 3 ölkədə yayıldı - Ölənlərin sayı 5 mini keçdi01.11.2026 - 14:34