Təhsil 365 - Logo Mobile

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb

5702.11.2026 - 11:25
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransının (NASCO29) açılış mərasimi keçirilib.

“Tehsil365”"Report" -a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardınca NDU İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun konfransda iştirak edən universitet rektorlarının portretlərindən ibarət sərgiyə baxış keçirilib.

Heydər Əliyev Sarayında baş tutan açılış mərasimində öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev çıxışında konfransın gənc tədqiqatçılar üçün elmi yeniliklərin müzakirəsi, yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıb. İdris İsayev Prezident İlham Əliyev tərəfindən elm, təhsil və innovasiyanın ölkəmizdə inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini bildirib. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının, elmin iqtisadiyyat və sənaye ilə əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Elmi forumun Azərbaycanın qədim və zəngin elmi-mədəni ənənələrə malik Naxçıvan diyarında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan nazir müavini muxtar respublikanın ölkəmizin intellektual və elmi potensialının formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Natiq doktorantura təhsilinin müasir tələblərə uyğun yenilənməsinə də toxunub. Tədqiqat mövzularının aktuallığı, yeni elmi metodların tətbiqi, akademik yazı üslübü və digər müasir elmi bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Konfransda təqdim olunan elmi yeniliklərin Azərbaycan elminin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov konfransda çıxış edib. Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elmin inkişafının xüsusi yer tutduğunu bildirib, ölkəmizin sosial-iqtisadi inkişafında və rifahın təmin olunmasında elmin mühüm rolunu qeyd edib.

Regionda formalaşan yeni reallıqların və çağırışların elmi ictimaiyyət, xüsusilə doktorantlar və gənc tədqiqatçılar qarşısında yeni vəzifələr irəli sürdüyünü diqqətə çatdıran Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən nəqliyyat-logistika və yaşıl enerji resurslarının formalaşdırılması, aqrar sahənin inkişafı, tarixi-mədəni irsin bərpası və qorunması Naxçıvanın gələcək inkişafı üçün strateji istiqamətlər kimi müəyyən edilib. Bu hədəflərə nail olunmasında elmi tədqiqatların, innovativ yanaşmaların və müasir texnoloji həllərin mühüm əhəmiyyət daşıdığını vurğulayan səlahiyyətli nümayəndə doktorantların və gənc tədqiqatçıların bu proseslərdə fəal iştirakının vacibliyini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək universitetin NASCO 29-a ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, konfransın ölkədə elmi potensialın bir araya gətirildiyi ən geniş platformalardan biri olduğunu bildirib. Tədbirin elmtutumlu iqtisadiyyatın inkişafına və ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi siyasətə töhfə verdiyini diqqətə çatdırıb.

NASCO 29-un indiyədək ölkə üzrə keçirilmiş ən genişmiqyaslı elmi konfrans olduğunu vurğulayan rektor konfransın ümumi iştirakçı sayının dinləyicilərlə birlikdə 5000 nəfəri ötəcəyini qeyd edib. Bildirilib ki, konfransa 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub, elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən yazılmış 1028 elmi iş qəbul edilib. Elbrus İsayev konfransın elmi keyfiyyət göstəricilərindən də bəhs edərək təqdim olunan işlərin beynəlxalq standartlara uyğunluğunun, elmi komitənin qiymətləndirməsinin və BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi ilə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rektor Naxçıvan Dövlət Universitetinin elmi fəaliyyətindən də danışaraq universitetin Scopus göstəriciləri üzrə ölkədə ilk beşlikdə yer aldığını, tələbələr arasında elmi fəaliyyətə marağın artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Dövlət Universitetinin Memarlıq ixtisası üzrə doktorantı Məhəmməd Bayramov öz çıxışında konfransın təşkilinə görə təşəkkürünü bildirib, Naxçıvanın dini memarlıq abidələri istiqamətində apardığı tədqiqatı təqdim edib.

Daha sonra "Dövlət Proqramı" xətti ilə dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan azərbaycanlı gənc tədqiqatçıların çıxışlarından ibarət videoçarx nümayiş olunub.

Tədbirdə konfransın tərəfdaş qurumlarına təşəkkür plaketləri təqdim olunub və xatirə fotosu çəkdirilib.

Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin konsert proqramı ilə davam edib. Orkestrin ifasında təqdim olunan musiqi nömrələri tədbirin bədii hissəsinə xüsusi rəng qatıb.

Qeyd edək ki, hibrid (onlayn və əyani) formatda təşkil olunan konfrans 2 gün ərzində 21 zalda, 104 bölmə üzrə öz işini davam etdirəcək.

Fatimə Hümbətova

Xəbər Lenti

Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20
RFO ilə bağlı ən çox verilən SUALLAR VƏ CAVABLAR04.11.2026 - 13:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək04.11.2026 - 13:15
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 13:12
Sabah rayon ərazilərinə dolu düşəcək04.11.2026 - 13:11
Universitet məzunları iş tapa bilmir: UNESCO-dan hesabat04.11.2026 - 13:09
Təhsil xərclərinin artırılmasına çalışacağıq04.11.2026 - 13:04
Şagirdlərin elektron yerdəyişməsi başlayır04.11.2026 - 13:03
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq04.11.2026 - 13:02
953 uşaq ailəsinə qaytarılıb04.11.2026 - 12:39
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək 04.11.2026 - 12:38
DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək04.11.2026 - 12:36
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər 04.11.2026 - 12:35
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib04.11.2026 - 12:33
Kollec tələbəsi bıçaqlandı04.11.2026 - 12:32
"Bir Cənub Şəhərində" Festivalı baş tutub04.11.2026 - 12:29
ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir04.11.2026 - 12:22
FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib04.11.2026 - 12:19
Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib04.11.2026 - 12:16
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 11:56
"Mənim Qəhrəmanım" adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib 04.11.2026 - 11:53
İstanbulda altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılışı olub04.11.2026 - 11:50
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub04.11.2026 - 11:47
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib04.11.2026 - 11:44
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb04.11.2026 - 11:41
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib04.11.2026 - 11:38
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 11:35
Vüsal Kərimli: "Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə yalnız bilik vermək deyil, həm də həmin biliklərdən müstəqil şəkildə istifadə etmək bacarığı formalaşdırmaqdır."04.11.2026 - 10:21
Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub04.11.2026 - 09:21
Sabahın hava proqnozu açıqlanıb04.11.2026 - 08:59
Alimlər virtual Yer modeli yaradıblar04.11.2026 - 08:53
“Zəfərin 44 sütunu” layihəsi çərçivəsində görüş təşkil edilib04.11.2026 - 08:49
Məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər04.11.2026 - 08:46
Zəfər tariximiz – qürur salnaməmiz adlı tədbir keçirilib04.11.2026 - 08:44
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 08:40
“Qırmızı Ürəklər” təqaüd proqramına qəbul başladı 04.11.2026 - 08:27
Azərbaycan İstanbulda Film Festivalında təmsil olunur04.11.2026 - 08:02
BDU Fakültəsinin Yubileyi03.11.2026 - 19:27
BDU-da Elmi Seminar baş tutub03.11.2026 - 19:25
BDU- da Biologiya Fakültəsində Anım 03.11.2026 - 19:20
Xarıbülbülün Zəfər Nəğməsi03.11.2026 - 19:17
ADNSU Beynəlxalq Konfranslarda03.11.2026 - 19:13
ADNSU-Deep Tech Əməkdaşlığı03.11.2026 - 19:07
ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12