Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 3-də paytaxtdakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçiriləcək.
“Tehsil365” xəbər verir ki, layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü Təhsil TV də işıqlandıracaq.

