Təhsil 365 - Logo Mobile

DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib

9202.11.2026 - 14:36
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Dr. Qədir Xəlilov Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan Qlobal İstedadlar Forumunda məruzəçi qismində iştirak edib. "Uzbekistan's Club" və Özbəkistan Respublikasının Prezidenti yanında “El-yurt umidi” Fondunun birgə təşkilatçılığı ilə tarixi "Do'stmatboy" mədrəsəsində keçirilən forumda ABŞ, Avropa, Asiya-Sakit okean regionu və qonşu ölkələrdən 100-dən çox beynəlxalq ekspert, dövlət xadimi və təhsil liderləri bir araya gəliblər.

“Tehsil365” xəbər verir ki, tədbirdə məruzə ilə çıxış edən Qədir Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strateji baxışına uyğun olaraq ölkəmizdə həyata keçirilən 2022–2028-ci illər üçün Dövlət Proqramının uğurları, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100% maliyyələşdirilən təhsil modeli, Dövlət Proqramı çərçivəsində təhsilə qoyulan sərmayənin iqtisadiyyatımıza birbaşa təsiri və ikili diplom proqramları haqqında geniş məlumat verib. Q.Xəlilov Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda təhsil təqaüdü operatorları arasında kadr mobilliyini və tədqiqat imkanlarını gücləndirəcək "Regional Talent Network" (Vahid Kadr Şəbəkəsi) təşəbbüsünü iştirakçıların diqqətinə çatdırıb.

Bundan başqa səfər çərçivəsində DPİQ-in rəhbəri “El-yurt umidi” Fondunun icraçı direktoru Qulnoza İsmayılova ilə ikitərəfli görüş keçirib. Görüşdə hər iki ölkənin insan kapitalının inkişafı sahəsindəki dövlət proqramlarının idarəetmə komandaları arasında təcrübə mübadiləsi, birgə monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Q.Xəlilov həmçinin səfər çərçivəsində Fondun Daşkənddəki mərkəzi ofisini ziyarət edib, fondun rəhbərliyi və mütəxəssisləri ilə səmərəli işgüzar danışıqlar aparıb.

Asyat Abdurahmanova

Xəbər Lenti

Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub02.11.2026 - 17:37
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb02.11.2026 - 17:25
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi02.11.2026 - 15:17
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər02.11.2026 - 14:28
Kollecdə yeni kitabxana istifadəyə verilib02.11.2026 - 14:26
DİM-in elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq02.11.2026 - 14:24