Təhsil 365 - Logo Mobile

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

10402.11.2026 - 15:17
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

“Tehsil365” xəbər verir ki, silsilə yazıların növbəti hissəsində şairin qardaşı, ictimai-siyasi xadim, tarixçi-alim və yazıçı Mehdixan Vəkilovun xatirələrini təqdim edir. O, Səməd Vurğunun uşaqlıq illərindən, təhsilindən və müəllimlik fəaliyyətinin ilk dövründən bəhs edir.

“…Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən çapırdı… Mən ilk yoxlamadan sonra qəbul olundum… Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidun bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız isə təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edib deyirdi: “Arvad! Bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz”. Yazıq nənəmiz isə: “Firidun bəy! Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb, Badsəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir”, - deyə yalvarırdı. Firidun bəy heç bir güzəştə getmək istəmirdi. Birdən “Eh! Firidun bəy, haradan biləsən ki, bu ürəkdə nə var?!” - deyən bir uşaq səsi eşidildi. Firidun bəy cəld döndü. Nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.

Firidun bəy fikrə getdi, ətrafı tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə: “Bir yoxla görək”, - dedi.

O zamanlar bir ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular.

İbrahim Əfəndi “Əmma” surəsini açıb Səmədə oxumağı tapşırdı. Səməd o surəni oxumadı. Quranı ortasından açıb bir-iki sətir oxuduqdan sonra kitabı örtdü, gözlərini yumdu və qalan ayələri də əzbərdən, gözəl səslə oxumağa başladı. Hamı heyrət içində dərin sükuta qərq olaraq onu uzun müddət dinlədi. Sükutu Firidun bəy pozdu. O, Səmədə yaxınlaşıb əlini çiyninə qoydu və dedi: “Bu ki, od parçasıymış!”.

Kitabda qeyd olunur ki, Səməd Vurğun, demək olar, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cəsarəti və heyrətamiz hafizəsi Firidun bəyi “məğlub” etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verərək seminariyaya qəbul olundu…

Mehdixan Vəkilov xatırlayır ki, Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdəqulunu, Rza Tofiqi, Əbdülhəq Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılığındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Müəllim Yusif Qasımov şagirdləri bu yazıçıların, məhz, demokratik və humanist meyilləri ilə tanış edirdi. O dövrün tədris proqramında türk ədəbiyyatına daha çox yer verilirdi. Səməd Vurğun Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu:

“Torpaq - vətənim, növi-bəşər millətim - insan,

Dünya dönəcək cənnətə insanla, inandım, -” misralarını daim təkrar edərdi. Sonralar Səməd “Fikrətin qarşısında” şeirini yazmağa başladı, lakin yalnız kiçik bir hissəsini yaza bildi…”.

Mehdixan Vəkilov, həmçinin yazır ki, Səməd Vurğun türk inqilabçı-demokratı Namiq Kamalın vətənpərvərliyini və imperializmə qarşı üsyan ruhunu ifadə edən iki parçanı da həmişə təkrar edərdi:

“Ölərsəm, görmədən millətdə ümid etdiyim feyzi,

Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun!”

yaxud:

“Külabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,

Oyan, ey şiri-jəyan, oyan, bu xabi-qəflətdən!”

Əbdülhəq Hamidin “Məqbər” əsərini də sevə-sevə oxuyardı. Səməd Vurğun Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər, onların əsərlərini əzbərləyərdi. Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif poeziyasından qidalanmışdır…”.

Mehdixan Vəkilov yazır ki, 1924-cü il iyunun 1-də Qazax Müəllimlər Seminariyasını bitiriblər:

“Səməd 1924–1925-ci tədris ilində Şıxlı məktəbində çalışmışdır. O, müəllim Şərif Cavadzadə (Şikəstə) ilə dostlaşmışdı və onun evində qalırdı… 1925-ci ilin sentyabrında Səməd Köçəsger kənd məktəbinə müdir təyin edildi…

Səməd Vurğun Köçəsger kəndində 1926-cı ilin yanvarına kimi işləyə bildi. Müəllimlərin qış konfransında Səməd Vurğun tənqidi çıxış edərək “Süpürgə almağa pul yoxdur”, — dedikdə, Qazax Qəza İcraiyyə Komitəsinin sədri Abdal Usubov onu susdurmaq üçün: “Pul yoxdur, papağınla süpür!” — deyə qışqırdı. Buna cavab olaraq Səməd Vurğun əsəbi və acı şəkildə: “Əgər papaqla məktəb süpürmək yaxşıdırsa, onda gəl, sən özün qiymətli papağınla süpür”, — dedi. Bu hadisədən sonra onu təqib etməyə başladılar…”.

 

Asyat Abdurahmanova

Xəbər Lenti

Cəmilə Əsgərova: Saç tökülməsinin arxasında hansı problemlər dayanır?02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub02.11.2026 - 17:37
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb02.11.2026 - 17:25
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib02.11.2026 - 14:36
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər02.11.2026 - 14:28
Kollecdə yeni kitabxana istifadəyə verilib02.11.2026 - 14:26
DİM-in elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq02.11.2026 - 14:24