Lənkəran Dövlət Universitetində Xəzər dənizinin müasir ekoloji vəziyyəti, antropogen təsirlərin balıqların yaşayış mühitinə təsiri və su bioresurslarının qorunması məsələləri müzakirə olunub.
“Tehsil365” xəbər verir ki, universitetdə “Balıq sağlamlığı, Xəzər dənizinin müasir ekoloji vəziyyəti və antropogen təsirlərin balıqların yaşayış mühitinə təsiri” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə tələbələrə balıqların sağlamlığının qorunması, su bioresurslarının mühafizəsi və ekoloji problemlərin canlı orqanizmlərə təsiri barədə məlumat verilib.

