Azərbaycanda rəqəmsal media savadlılığının artırılması, süni intellekt və informasiya təhlükəsizliyi sahəsində biliklərin genişləndirilməsi məqsədilə noyabr ayında “Rəqəmsal Media Ayı” keçiriləcək.
“Tehsil365” xəbər verir ki, təşəbbüs Media və Yayım Şurası tərəfindən irəli sürülüb.
Layihə çərçivəsində müxtəlif hədəf qrupları üçün maarifləndirmə proqramları, praktiki təlimlər, şəbəkələşmə görüşləri və media kampaniyaları təşkil olunacaq.
Tədbirlərdə rəqəmsal media bacarıqlarının inkişafı, etibarlı informasiya mənbələrinin müəyyənləşdirilməsi və məsuliyyətli məzmun yaradılması məsələlərinə diqqət yetiriləcək.

