Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda noyabrın 4-də beynəlxalq TOEFL iBT imtahanı təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, imtahan saat 09:00-da başlayacaq.
İştirakçılar imtahanın başlanmasına ən azı bir saat qalmış şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə imtahan binasının qarşısında olmalıdırlar.
DİM-dən bildirilib ki, 15 və daha aşağı yaş qrupuna aid iştirakçılar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

