Təhsil 365 - Logo Mobile

“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb

8102.11.2026 - 17:25
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi oktyabrın 30-da Quba şəhər Uşaq İncəsənət Məktəbində tar və qarmon ixtisaslarına dair ustad dərsləri ilə yekunlaşıb.

“Tehsil365” xəbər verir ki, tədbirin əvvəlində MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev ustad dərslərinin musiqi təhsilindəki rolundan danışıblar. Qeyd olunub ki, ustad dərsləri musiqi ifaçılığı ənənələrinin qorunub yaşadılması, bu sahədə yeni yanaşmaların tətbiqi, eləcə də təcrübəli pedaqoqların bilik və bacarıqlarını gənc ifaçılarla bölüşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Daha sonra N.Həsənzadə MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Quba şəhər Uşaq İncəsənət Məktəbinə hədiyyə edib.

Tar ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, "Tərəqqi" medalı laureatı, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizov, qarmon ixtisası ilə bağlı ustad dərsi isə Bakı şəhər Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi, “Üzeyir Hacıbəyli mükafatı” laureatı Vüsal Qəhrəmanov tərəfindən aparılıb.

R.Əzizov və V.Qəhrəmanov tar və qarmon alətlərində ifa texnikasının xüsusiyyətləri barədə ətraflı məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələrini çatdırıblar. Ustad dərsləri zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bəzi məqamlar alətlərin ifası üzərindən əyani icra olunub.

Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsinin budəfəki tədbirləri Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında həyata keçirilib.

Ayətil Quliyeva

Xəbər Lenti

Cəmilə Əsgərova: Saç tökülməsinin arxasında hansı problemlər dayanır?02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub02.11.2026 - 17:37
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi02.11.2026 - 15:17
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib02.11.2026 - 14:36
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər02.11.2026 - 14:28
Kollecdə yeni kitabxana istifadəyə verilib02.11.2026 - 14:26
DİM-in elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq02.11.2026 - 14:24