Bakıda Qafqaz Müsəlmanları İdarəsinin layihəsi əsasında hazırlanan “İrəvan Qazılığının tarixi” kitabının təqdimat mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, təqdimat mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Qərbi Azərbaycan İcmasının nümayəndələri, deputatlar və alimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Allahşükür Paşazadə Qərbi Azərbaycanla bağlı tarixi irsin araşdırılması və təbliğinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, nəşrin hazırlanmasında Qafqaz Müsəlmanları İdarəsinin arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub.

