Azərbaycanda I–VIII sinif şagirdləri üçün “Üzməyi öyrənək” layihəsi səkkizinci dəfə həyata keçiriləcək. Layihə çərçivəsində məktəblilər bir ay müddətində ödənişsiz üzgüçülük təlimlərinə cəlb olunacaqlar.
“Tehsil365” xəbər verir ki, təşəbbüs Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının əməkdaşlığı ilə reallaşdırılacaq.
Layihənin əsas məqsədi uşaqlara üzgüçülük bacarıqlarını aşılamaq, suda təhlükəsiz davranış qaydalarını öyrətmək və sağlam həyat tərzini təşviq etməkdir.
Təlimlərin ölkə üzrə 33 idman obyektində keçirilməsi və 60 məktəbi əhatə etməsi nəzərdə tutulur.

