Təhsil 365 - Logo Mobile

Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub

9402.11.2026 - 17:37
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində elmi seminar keçirilib.

“Tehsil365” science.gov.az a xəbər verir ki, Seminarda Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva məruzələrlə çıxış ediblər. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Xəzər Universitetinin Folklor İnstitutunda təcrübə keçən tələbələri də iştirak ediblər.

Seminarda ilk olaraq filologiya elmləri doktoru, dosent Leyla Məmmədova görkəmli nasir, ssenarist, dramaturq, professor Əli Əmirlinin komediya yaradıcılığına müraciət edərək, “Əli Əmirlinin komediyalarında xalq gülüşü: satirik hədəflər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə XIX əsr Azərbaycan ədəbiyyatı tarixində pyesləri xalq gülüşü ilə yoğrulan, eləcə də satiranı milli zəminlə əlaqələndirən görkəmli dramaturqlarımızın, onun özəyini xalq oyun və tamaşalarında, lətifə və sair nümunələrində axtarması vurğulanıb.Mirzə Fətəli Axundzadə ilə təməli qoyulan bu ənənənin xələfləri kimi Əli Əmirlinin komediya yaradıcılığına da təsirsiz ötüşməməsi nümunələr əsasında araşdırılıb. Ümumiyyətlə, Əli Əmirlinin komediyalarının başdan-başa xalq gülüşü ilə yoğrulması, onun arzu-istəklərinin, həyata baxışının, cəmiyyəti düşündürən aktual problemlərin təzahürü kimi təqdim edilib. Komediya yaradıcılığını təşkil edən “Köhnə ev”, “Onun iki qabırğası” , “Səhnədə məhəbbət” pyeslərindəki əksər surətlərin xalq oyun və tamaşalarının süjetindəqarşıya çıxması, hətta bəzi obrazların digər folklor örnəklərində də aparıcı funksiya daşıması göstərilib.Leyla Məmmədova qeyd edib ki, Əli Əmirlinin şifahi xalq ədəbiyyatı örnəklərinə müraciəti, hətta onları sənətkarcasına müasirləşdirməyi xüsusi bir məharətdir.

Sonra isə filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilovanın “Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanında bədii düşüncənin mifoloji qatları” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Kamal Abdullanın yaradıcılığında mifoloji düşüncənin bədii təzahürləri və onun “Sirlərin sərgüzəşti” romanının poetik strukturundakı rolu diqqət mərkəzinə gətirilib. Müəllif qeyd edib ki, romanda mifoloji qat yalnız süjet və obrazlar sistemini zənginləşdirən element deyil, həm də insan, zaman, yaddaş və gerçəklik haqqında müəllif düşüncəsini ifadə edən mühüm bədii vasitədir. Araşdırmada əsas problem mifoloji materialın müasir bədii mətnə daxil olduqdan sonra ilkin semantik çərçivəsini necə dəyişməsi və yeni fəlsəfi-estetik məna qazanması məsələsidir. O vurğulayıb ki, romanda mifoloji düşüncə ənənəvi formada təkrarlanmır, müəllif təfəkkürünün süzgəcindən keçərək müasir insanın mənəvi axtarışları ilə əlaqələndirilir. Məruzədə diqqətə çatdırılıb ki, Kamal Abdulla mifoloji yaddaşdan istifadə etməklə keçmişlə müasirlik arasında bədii körpü yaradır və oxucunu görünən hadisələrin arxasındakı mənaları axtarmağa yönəldir. Gülsümxanım Hasilovanın gəldiyi nəticəyə görə, “Sirlərin sərgüzəşti” romanında mifoloji qat bədii düşüncənin ayrılmaz hissəsinə çevrilərək əsərin fəlsəfi-estetik məzmununun dərinləşməsinə xidmət edir. Beləliklə, bu araşdırma mifologiyanın yalnız keçmişdən gələn mədəni yaddaş deyil, müasir ədəbiyyatda yeni mənaların yaradılmasına imkan verən canlı və məhsuldar bədii mənbə olduğunu ortaya qoyur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Dastan və mifoloji elementlərin orta əsrlər Azərbaycan poeziyasında bədii funksiyası” mövzusunda məruzəsi də maraqla dinlənilib. Məruzədə orta əsrlər Azərbaycan poeziyasının folklor qaynaqları, xüsusilə dastan və mifoloji düşüncə ilə əlaqəsi diqqət mərkəzinə gətirilib. Sevinc Əliyeva qeyd edib ki, dastan və mifoloji elementlər klassik poeziyada yalnız keçmişdən gələn süjet, obraz və motivlərin qorunub saxlanılması vasitəsi deyil, həm də yeni bədii və fəlsəfi məzmunun formalaşmasına təsir edən mühüm poetik amildir. Alimin araşdırmasında əsas problem folklor mənşəli elementlərin yazılı ədəbiyyata keçdikdən sonra ilkin funksiyasını qoruyub-qorumaması və müəllif təfəkkürü daxilində hansı yeni mənalar qazanması məsələsidir. Bu baxımdan folklorla klassik ədəbiyyat arasındakı münasibət sadə təsirlənmə prosesi kimi deyil, yaradıcı transformasiya kimi təqdim olunur. Yazılı ədəbiyyata daxil olan folklor materialı artıq əvvəlki məzmunu ilə kifayətlənməyərək müəllifin dünyagörüşü, fəlsəfi düşüncəsi və estetik mövqeyi ilə yenidən işlənib. Sevinc Əliyevanın gəldiyi əsas nəticəyə görə, orta əsrlər Azərbaycan poeziyasında folklor elementlərinin rolu onların sadəcə qorunub saxlanılması ilə məhdudlaşmır, əsas məsələ bu elementlərin yeni poetik düşüncə daxilində yenidən mənalandırılmasıdır. Başqa sözlə, dastan və mifoloji yaddaş klassik poeziyada keçmişin yadigarı kimi deyil, yeni ideyaların ifadəsinə xidmət edən canlı bədii mənbə kimi çıxış edir.

Sonda məruzələr ətrafında fikir mübadiləsi apalırıb, bəhs edilən mövzuların folklor, ədəbiyyatşünaslıq və fəlsəfi düşüncə müstəvisində təhlilinə dair suallar cavablandırılıb.

Ayətil Quliyeva

Xəbər Lenti

Cəmilə Əsgərova: Saç tökülməsinin arxasında hansı problemlər dayanır?02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb02.11.2026 - 17:25
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi02.11.2026 - 15:17
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib02.11.2026 - 14:36
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34
Məktəbdə belə davranan şagirdlər polisə verilə bilər02.11.2026 - 14:28
Kollecdə yeni kitabxana istifadəyə verilib02.11.2026 - 14:26
DİM-in elektron xidmətlərindən istifadə edənlərə xəbərdarlıq02.11.2026 - 14:24