Oktyabrın 16-da Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Türk dünyası: elmi tədqiqatların yeni üfüqləri və perspektivləri” mövzusunda II Beynəlxalq Türkoloqlar Forumu çərçivəsində beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Tehsil365” xəbər verir ki, konfransda Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfəq Mustafayeva “Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan–Özbəkistan əməkdaşlığı: regional inteqrasiyanın yeni istiqamətləri”, tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadə isə “Orta Asiya xalqlarının etnoqrafik təhlili” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans türk xalqlarının tarixi və mədəni irsinin öyrənilməsi, türkşünaslıq sahəsində müasir elmi tədqiqatların inkişafı və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Tədbirdə türk dünyasında regional inteqrasiya, ortaq tarixi-mədəni dəyərlər və gələcək elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.

