Təhsil 365 - Logo Mobile

ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib

2402.11.2026 - 18:36
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib

Oktyabrın 29-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO Şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “Ignite” İnkubasiya proqramının rəsmi bağlanış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirin açılışında ADNSU-nun Startup və TTO Şöbəsinin müdiri Əhməd Əhmədzadə çıxış edərək proqramın əsas məqsədi, strukturu və icra mərhələləri barədə ətraflı məlumat verib. O, universitet mühitində startap ekosisteminin formalaşdırılmasının və sahibkarlıq düşüncə tərzinin inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, “Ignite” İnkubasiya proqramı çərçivəsində seçim mərhələsindən uğurla keçən 15 komanda 6 ay müddətində intensiv inkubasiya və mentorluq prosesinə cəlb olunub. Proqram müddətində iştirakçılar komanda quruculuğu, bazar araşdırması, rəqib analizi, maliyyə planlaşdırması, biznes modeli quruculuğu və effektiv təqdimat bacarıqları üzrə həm nəzəri biliklər, həm də praktiki təcrübə əldə ediblər. Ümumilikdə proqram çərçivəsində 19 təlim və mentor görüşü təşkil olunub.

İnkubasiya mərhələsinin sonunda komandalar öz ideyalarını inkişaf etdirərək minimal işlək məhsul (MVP) mərhələsinə çatdırıb, pitch deck hazırlayıb və layihələrini Demo Day çərçivəsində münsiflər heyəti qarşısında təqdim ediblər. Final mərhələsinə 8 komanda vəsiqə qazanıb. Əvvəlcə finalçılara sertifikatlar təqdim olunub, daha sonra münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb.

Münsiflərin qərarına əsasən, birinci yerə “PyCore”, ikinci yerə “Tusi”, üçüncü yerə isə “Blind” komandası layiq görülüb. Qalib komandalar müvafiq olaraq 6000 AZN, 5000 AZN və 4000 AZN məbləğində mükafat qazanıblar.

Xatırladaq ki, “Ignite” İnkubasiya proqramı iştirakçılara innovativ ideyalarını sistemli şəkildə inkişaf etdirmək, investorlarla əlaqələr qurmaq və bazara çıxış imkanlarını genişləndirmək baxımından mühüm platforma rolunu oynayıb. Proqram çərçivəsində formalaşan əməkdaşlıq mühiti və əldə olunan nəticələr universitet daxilində startap ekosisteminin daha da güclənməsinə töhfə verərək gələcək təşəbbüslər üçün möhkəm zəmin yaradıb.

Fidan Abışova

Xəbər Lenti

ADA Universitetində genetika və biotexnologiya üzrə beynəlxalq konfrans keçirilib02.11.2026 - 19:45
BMU məzunlarının startapı 500 layihə arasından birinci seçildi02.11.2026 - 19:26
Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
NDU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub02.11.2026 - 17:37
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb02.11.2026 - 17:25
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi02.11.2026 - 15:17
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib02.11.2026 - 14:36
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34