Təhsil 365 - Logo Mobile

Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”

3402.11.2026 - 18:55
Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”

Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə müxtəlif səbəblərdən meydana gələn problemlərdən biridir. Genetik faktorlar, dəmir çatışmazlığı, hormonal pozuntular və vitamin əskiklikləri saç tökülməsinə təsir göstərən əsas amillər sırasındadır. Son dövrlərdə sosial şəbəkələrdə saç tökülməsinə qarşı müxtəlif maska və yağların təbliği də bu mövzuya marağı artırıb. Bəs saç tökülməsinin əsas səbəbləri hansılardır və bu problemin qarşısını almaq üçün hansı üsullara üstünlük verilməlidir?

Bu fikirləri “Tehsil365”ə müsahibəsində trixoloq Cəmilə Əsgərova bildirib.

– Cəmilə xanım, saç tökülməsinin əsas səbəbləri hansılardır və nə zaman ciddi problem hesab olunur?

“Hazırda kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri androgenetik, yəni genetik saç tökülməsidir. Qadınlarda isə saç tökülməsi həm telogen, yəni daxili səbəblərlə əlaqəli, həm də genetik faktorlarla bağlı ola bilər. Qadınlarda daha çox dəmir çatışmazlığı və hormonal problemlərlə qarşılaşırıq.

Saç tökülməsi uzun müddət davam edirsə, ilk növbədə dəmir səviyyəsi yoxlanılmalıdır. Uzun müddət gizli şəkildə davam edən dəmir çatışmazlığı təkcə saç tökülməsinə deyil, digər sağlamlıq problemlərinə də səbəb ola bilər. Buna görə də qadınlarda saç tökülməsinə xüsusi və daha ciddi yanaşırıq”.

– Sosial şəbəkələrdə yayılan saç maskaları və yağlar həqiqətən faydalıdırmı?

“Saç maskaları və yağlar faydalı ola bilər. Lakin bunun üçün ilk növbədə saç tökülməsinə səbəb olan daxili problemlər aradan qaldırılmalıdır. Həmin vasitələr müalicəyə əlavə olaraq istifadə edilə bilər. Burada əsas məqam məhsulun tərkibidir. İstifadə olunan vasitənin üzərində tərkibi açıq şəkildə göstərilməli və onun hansı növ saç tökülməsində faydalı olduğu bilinməlidir”.

– Saç tökülməsinin qarşısını almaq üçün vitamin qəbul etmək nə dərəcədə doğrudur?

“Əgər saç tökülməsi genetik səbəblərlə bağlıdırsa, vitamin qəbulunun müalicə baxımından effektivliyi məhduddur. Göstəriş olduğu halda dəstək məqsədilə sink, D vitamini və selen istifadə edilə bilər. Qadınlarda saç tökülməsi B12 və D vitamini çatışmazlığı kimi daxili səbəblərdən qaynaqlanırsa, həmin çatışmazlıqların aradan qaldırılması, əlbəttə ki, faydalı olacaq”.

– Saç əkimi hansı hallarda zəruridir? Saçları təbii yollarla bərpa etmək mümkündürmü?

“Saç əkiminə ehtiyac olub-olmadığını saç tökülməsinin dərəcəsinə əsasən müəyyən edirik. Əgər saç tökülməsi birinci və ya ikinci dərəcədədirsə, ilk növbədə müalicəyə şərait yaradır və müəyyən müddət nəticəni müşahidə edirik. Əgər saç tökülməsini artıq nəzarətdə saxlamaq mümkün olmursa, bu zaman saç əkimi ilə problemin həlli daha məqsədəuyğun hesab edilə bilər.

Tarixən insanlar saç tökülməsini təbii üsullarla aradan qaldırmağa və saçları bərpa etməyə çalışıblar. Lakin bu üsullar günümüzədək öz aktuallığını qoruyub saxlamayıb”.

Xədicə Hüseyn

Xəbər Lenti

BDU Fakültəsinin Yubileyi03.11.2026 - 19:27
BDU-da Elmi Seminar baş tutub03.11.2026 - 19:25
BDU- da Biologiya Fakültəsində Anım 03.11.2026 - 19:20
Xarıbülbülün Zəfər Nəğməsi03.11.2026 - 19:17
ADNSU Beynəlxalq Konfranslarda03.11.2026 - 19:13
ADNSU-Deep Tech Əməkdaşlığı03.11.2026 - 19:07
ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02