Azərbaycan universitetinin məzunları beynəlxalq innovasiya proqramında uğur qazanıblar.
“Tehsil365” xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) məzunlarından ibarət komandanın hazırladığı HOGGA startapı “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramında birinci yerə layiq görülüb.
Universitetin baş müəllimi Yusif Yusifovun təsis etdiyi layihə müxtəlif ölkələrdən 500 startapın iştirak etdiyi proqramın Bakıda keçirilən final mərhələsində qalib elan olunub.
BMU-nun “İnformasiya təhlükəsizliyi” ixtisasının məzunları Gülçin Cumayeva, Səma Dostaliyeva, Mehriban Əlizadə və Riyad Ağazadədən ibarət komanda HOGGA vasitəsilə bizneslərin rəqəmsallaşmasına yeni yanaşma təqdim edib.
Süni intellekt əsaslı platforma proqramlaşdırma biliyi tələb etmədən bizneslərin ehtiyaclarına uyğun fərdi proqram təminatı yaratmağa imkan verir.
Layihənin əsas məqsədi kiçik və orta bizneslərin rəqəmsallaşmasını asanlaşdırmaq və bu prosesi daha əlçatan etməkdir.

