Bakıda genetika və biotexnologiya sahəsində beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” Report-a istinadən xəbər verir ki, “Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar” mövzusuna həsr olunub.
Konfransda Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində fəaliyyət göstərən altı aparıcı alimi, eləcə də ADA Universitetinin professorları iştirak ediblər.
Tədbir çərçivəsində ərzaq təhlükəsizliyi, müasir seleksiya üsulları, genom texnologiyaları və kənd təsərrüfatında innovativ həllərin tətbiqi məsələləri müzakirə olunub.
Məruzələrdə genetik sekvensləmə, bioinformatika və CRISPR-Cas9 gen redaktəsi texnologiyalarının imkanlarına xüsusi diqqət yetirilib.
Konfransdan sonra ADA Universitetində genetika və biotexnologiya üzrə 10–14 günlük birgə yay məktəbinin təşkili imkanları da müzakirə edilib.

