Təhsil 365 - Logo Mobile

NDU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilib

2602.11.2026 - 18:49
NDU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilib

Naxçıvan Dövlət Universitetində Təhsil Tələbə Krediti Fondunun nümayəndə heyətinin iştirakı ilə tələbələr üçün maarifləndirici görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, NDU-nun rektoru Elbrus İsayev çıxışında Təhsil Tələbə Krediti proqramının sosial əhəmiyyətinə toxunaraq universitetdə tələbələrin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, hər tədris ilinin əvvəlində birinci kurs tələbələri ilə fakültələr üzrə görüşlər təşkil olunur, onlara Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti, kreditlərin verilmə şərtləri və müraciət qaydaları barədə ətraflı məlumat verilir.

Rektor vurğulayıb ki, dövlət tərəfindən təqdim olunan bu dəstək mexanizmi maddi imkanları məhdud olan, lakin ali təhsil almaq və təhsilini davam etdirmək əzmində olan gənclər üçün mühüm fürsətdir. Proqram təhsil xərclərinin qarşılanmasına dəstək göstərməklə yanaşı, sosial vəziyyətindən asılı olmayaraq hər bir gəncin ali təhsil imkanlarından yararlanmasına şərait yaradır. Elbrus İsayev bu baxımdan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin tələbələrin təhsil həyatında mühüm rol oynadığını qeyd edib.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov fondun yaradılması, beşillik fəaliyyəti, əsas məqsədləri və nəticələri barədə məlumat verib. O, təhsil kreditinin növləri, yararlanma şərtləri, güzəşt və möhlət imkanları, elektron qeydiyyat qaydaları, məsuliyyətli borclanma və kredit tarixçəsi ilə bağlı məsələləri izah edib.

Görüşdə universitetin İmtahan və qiymətləndirmə sektorunun müdiri, Təhsil Tələbə Krediti üzrə məsul şəxs Elgün Tağıyev proqramın universitetdə tətbiqi və əldə olunan nəticələr barədə məlumat xarakterli çıxış edib. Bildirilib ki, 29 oktyabr 2026-cı il tarixinədək NDU üzrə proqrama 2696 müraciət daxil olub, onlardan 2339-u rəsmiləşdirilib. Bu, müraciətlərin 86,76 faizini təşkil edir. Kreditə yararlı müqavilələrin 1970-i bakalavriat, 369-u isə magistratura səviyyəsi üçün nəzərdə tutulub. Qeyd olunub ki, kredit alan tələbələrin sayı 2021/2022-ci tədris ilindəki 128 nəfərdən 2025/2026-cı tədris ilində 748 nəfərə yüksəlib. Nəzərə çatdırılıb ki, tələbələrin 64,94 faizi qadınlar, 35,06 faizi kişilərdir.

Universitetdə tələbələrə elektron platforma üzərindən müraciətlərin hazırlanması, sənədlərin yoxlanılması, təsdiq mərhələsi və müraciətlərin izlənilməsi istiqamətində praktiki dəstək göstərildiyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cabbar Hüseyinov çıxışında Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb. Sənəddə Naxçıvan Dövlət Universiteti ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Tələbələri dövlət tərəfindən təqdim olunan imkanlardan səmərəli yararlanmağa çağırıb.

NDU-nun Memarlıq fakültəsinin tələbəsi Fidan Hüseynova tələbələr adından çıxış edərək universitetdə təhsil və inkişaf üçün yaradılan imkanlara, Təhsil Tələbə Krediti Fondunun dəstəyinə və dövlət qayğısına görə minnətdarlığını bildirib.

Sonda tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Fidan Abışova

Xəbər Lenti

ADA Universitetində genetika və biotexnologiya üzrə beynəlxalq konfrans keçirilib02.11.2026 - 19:45
BMU məzunlarının startapı 500 layihə arasından birinci seçildi02.11.2026 - 19:26
Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18
ADU əməkdaşları Beynəlxalq Türkoloqlar Forumunda çıxış ediblər02.11.2026 - 18:15
ADU-da “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib02.11.2026 - 18:13
ADU-da “44 gün – Şanlı Zəfər salnaməsi” adlı tədbir keçirilib02.11.2026 - 18:09
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid Amin Qəfərlinin xatirəsinə həsr olunacaq02.11.2026 - 18:05
Qərbi Kaspi Universitetinin tələbəsi STEAM olimpiyadasının qalibi oldu02.11.2026 - 17:54
Dilçilik İnstitutunda “Türk dillərində areal toponimlər” mövzusunda məruzə dinlənilib02.11.2026 - 17:41
Folklor İnstitutunda xalq gülüşü, mifoloji yaddaş və klassik poeziya elmi müzakirə mövzusu olub02.11.2026 - 17:37
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi02.11.2026 - 17:30
Məktəblilər üçün “Üzməyi öyrənək” layihəsi keçiriləcək02.11.2026 - 17:27
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb02.11.2026 - 17:25
“İrəvan Qazılığının tarixi” kitabı təqdim edilib02.11.2026 - 17:22
Yaponiya kağız və rəqəmsal dərslikləri birlikdə tətbiq edəcək02.11.2026 - 17:20
DİM-də TOEFL iBT imtahanı keçiriləcək02.11.2026 - 17:20
Z nəslinin süni intellektə münasibəti getdikcə daha şübhəli hala gəlir02.11.2026 - 17:15
Türkiyə məktəblərində imtahanlar yeni sistemlə keçiriləcək02.11.2026 - 17:11
Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək02.11.2026 - 17:10
Meksikada məktəblərdə telefon qadağan olundu02.11.2026 - 17:03
Xəzərin ekoloji vəziyyəti LDU-da müzakirə olunub02.11.2026 - 17:00
Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq02.11.2026 - 16:58
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 16:40
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək02.11.2026 - 16:20
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub02.11.2026 - 15:26
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib02.11.2026 - 15:20
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi02.11.2026 - 15:17
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib02.11.2026 - 15:14
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb02.11.2026 - 15:10
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib02.11.2026 - 15:08
MDU-da akademik heyət üçün peşəkar təlimlər keçirilir02.11.2026 - 14:57
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq02.11.2026 - 14:50
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub02.11.2026 - 14:47
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib02.11.2026 - 14:45
Şuşaya ilk bayraq sancan qəhrəman BMU tələbəsidir02.11.2026 - 14:41
LDU NASCO29 Respublika Elmi Konfransında təmsil olunub02.11.2026 - 14:38
DPİQ-in rəhbəri Özbəkistanda keçirilən Qlobal İstedadlar Forumunda iştirak edib02.11.2026 - 14:36
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır02.11.2026 - 14:34