UNEC-in Keyfiyyətin təminatı şöbəsinin müdiri Vəfadar Rizvanlı Gürcüstanın Təhsil Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzinin (NCEQE) Ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına (Authorization Experts Pool) daxil edilib.
“Tehsil365”Modern.az -a istinadən xəbər verir ki, UNEC əməkdaşının müxtəlif ölkələrin keyfiyyət təminatı və akkreditasiya sistemlərində beynəlxalq ekspert kimi təmsil olunması universitet üçün də əhəmiyyətli imkanlar yaradır.
Bu fəaliyyət çərçivəsində fərqli ölkələrin ali təhsil sistemlərində tətbiq olunan qiymətləndirmə modellərinin, akkreditasiya meyarlarının və institusional keyfiyyət təminatı təcrübələrinin öyrənilməsi, əldə olunan bilik və təcrübənin UNEC-in keyfiyyət təminatı sisteminin inkişafında tətbiqi üçün əlavə imkanlar formalaşır

