Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Əli Məmmədov Biznes və İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsinə təyin olunub.
“Tehsil365”Oxu24.com istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Əli Məmmədov Böyük Britaniyanın Ekseter Universitetində biznes və menecment ixtisası üzrə doktorluq, Liverpul Universitetində isə MBA dərəcəsi alıb.
O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olunub və 2009-cu ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib.
Əli Məmmədovun elmi-tədqiqat fəaliyyəti eko-innovasiya, rəqəmsal transformasiya, təchizat zəncirinin idarə edilməsi və maliyyələşdirilməsi, risklərin idarə olunması, eləcə də müəssisələrin fəaliyyət göstəricilərinin təhlili istiqamətlərini əhatə edir. Onun elmi məqalələri Business Strategy and the Environment, Technological Forecasting and Social Change və IEEE Transactions on Engineering Management kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub.

