Təhsil 365 - Logo Mobile

Psixoloq Hacıyeva Fatimə: "Uşaqlıq şəxsiyyətin təməlinin qoyulduğu, xüsusilə beynin və emosional sistemin sürətlə inkişaf etdiyi mühüm bir dövrdür"

7903.11.2026 - 12:19
Psixoloq Hacıyeva Fatimə: "Uşaqlıq şəxsiyyətin təməlinin qoyulduğu, xüsusilə beynin və emosional sistemin sürətlə inkişaf etdiyi mühüm bir dövrdür"

“Uşaqlıq dövründə yaşadığımız hadisələr və təcrübələr, təbii ki, gələcəkdə xarakterimizin formalaşmasına təsir göstərir”

Bu sözləri “Tehsil365” müsahibəsində psixoloq Hacıyeva Fatimə bildirib.

Uşaqlıqda yaşadığımız hadisələr gələcəkdə xarakterimizə və qərarlarımıza nə dərəcədə təsir göstərir?

Lakin bu təsir birbaşa deyil, daha çox dolayı yollarla özünü büruzə verir. Uşaqlıq təcrübələri həm şəxsiyyətimizin formalaşmasında, həm də ətrafımızdakı insanlarla münasibətlərimizdə mühüm rol oynayır.Uşaqlıq şəxsiyyətin təməlinin qoyulduğu, xüsusilə beynin və emosional sistemin sürətlə inkişaf etdiyi mühüm bir dövrdür. Bununla belə, insanın gələcək xarakterinin və davranışlarının uşaqlıqdan etibarən tamamilə müəyyənləşdiyini, sanki əvvəlcədən kodlaşdırıldığını söyləmək düzgün olmaz. Çünki insanın şəxsiyyətinin formalaşması davamlı və çoxşaxəli prosesdir.

Uşaqlıq dövründə yaşadığımız emosional təcrübələr, məsələn, valideynlər tərəfindən eşitdiyimiz təriflər və ya tənqidlər, məktəb mühitində qarşılaşdığımız münasibətlər, eləcə də sevgiyə və diqqətə müəyyən şərtlərin bağlanması psixoloji inkişafımıza təsir göstərir. Məsələn, uşağa «Bu yeməyi yesən, səni parka aparacağam» deyilməsi belə, müəyyən şərtlərlə mükafatlandırılma modelini formalaşdıra bilər. Belə təcrübələr nəticəsində uşaq tədricən özü, ətrafı və dünya haqqında düşünməyə, müxtəlif suallar verməyə, müəyyən inanclar və qənaətlər formalaşdırmağa başlayır.

Daimi tənqidə məruz qalan uşaqlarda gələcəkdə hər şeyi mükəmməl etmək istəyi yarana bilər. Psixologiyada bu hal perfeksionizm adlandırılır. Eyni zamanda, uşaqlıqda alçaldılan, təhqir edilən və ya özünü dəyərsiz hiss edən bəzi uşaqlarda yetkinlik dövründə özünü daim sübut etmək, başqaları üzərində üstünlük və güc nümayiş etdirmək kimi davranışlar müşahidə oluna bilər. Lakin bu cür təcrübələrin hər kəsdə eyni nəticələrə səbəb olmadığını da nəzərə almaq lazımdır.

Yetkinlik dövründə verdiyimiz bir çox qərarların və seçimlərin arxasında uşaqlıqdan formalaşmış emosional ehtiyaclar və psixoloji təcrübələr dayana bilər. Psixoterapiya prosesində isə insanın uşaqlıqdan gətirdiyi ağrılı emosional təcrübələr üzərində işlənilir. Bu proses zamanı həmin təcrübələrə münasibət yenidən nəzərdən keçirilir, insanın düşüncə və davranış modellərini dəyişməsi, daha sağlam münasibətlər qurması və yeni davranış formaları qazanması üçün imkan yaradılır.

İnsan niyə bəzən ona zərər verən münasibətlərdən uzaqlaşa bilmir?

Bunun arxasında bir sıra güclü psixoloji faktorlar dayanır. Bunlardan biri tanışlıq hissi və psixoloji komfort effektidir. İnsan bəzən naməlum bir təhlükə ilə qarşılaşmaqdansa, artıq tanıdığı və öyrəşdiyi əziyyətə üstünlük verir. Çünki tanış olan vəziyyət, nə qədər zərərli olsa da, insana müəyyən mənada təhlükəsiz görünə bilər.

Əgər insan uşaqlıq dövründə emosional baxımdan əlçatmaz, sərt və qeyri-sabit mühitdə böyüyübsə, bu münasibət dinamikasını yetkinlik dövründə də təkrarlaya bilər. Məsələn, sevgi və ya dostluq münasibətlərində qarşı tərəfin sevgisini qazanmaq üçün həddindən artıq mübarizə aparmaq, özündən daim fədakarlıq etmək və münasibəti qorumaq naminə şəxsi ehtiyaclarını ikinci plana keçirmək kimi davranışlar müşahidə oluna bilər.

Bunun digər səbəblərindən biri də tənhalıq qorxusudur. Bəzən insanın düşüncəsində «Mən onu dəyişə bilərəm», «Mən onu düzəldə bilərəm» kimi fikirlər formalaşır. Bu zaman insan qarşı tərəfin davranışlarını dəyişdirməyi özünün bir növ uğuru və qələbəsi kimi qəbul edir. Xüsusilə perfeksionist xüsusiyyətlərə malik insanlarda hər şeyi nəzarətdə saxlamaq və nəticəyə nail olmaq istəyi bu düşüncəni daha da gücləndirə bilər. Beləliklə, insan münasibətin sağlam olub-olmadığını qiymətləndirmək əvəzinə, qarşı tərəfi dəyişdirməyə çalışır.

Digər mühüm amil isə dəyərsizlik hissidir. İnsan daxilən özünü dəyərli hiss etmədikdə, sağlam münasibətə layiq olmadığına inana bilər. Nəticədə, ona yaxşı münasibət göstərən insanlardan çox, emosional çətinlik yaşadığı və problemlərlə dolu münasibətlərə meyil göstərə bilər. Bu, bəzən insanın fərqində olmadan təkrarladığı psixoloji davranış modelinə çevrilir.

Bağışlamaq insanın daxili rahatlığı üçün vacibdir, yoxsa bəzi hallarda bağışlamamaq da sağlam seçim ola bilər?

Bağışlamaq, təbii ki, insana daxili rahatlıq gətirə bilər. Lakin bəzi hallarda bağışlamaqla yanaşı, müəyyən sərhədlər də qoymaq vacibdir. Əgər qarşı tərəf davranışlarını dəyişdirmirsə, etdiyi hərəkətlərə görə peşmanlıq göstərmirsə və eyni münasibəti davam etdirirsə, insan özünü qorumağı bacarmalıdır. Belə vəziyyətlərdə şəxsi sərhədlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Sərhəd qoymaq insanın qarşı tərəfə onun davranışlarını qəbul etmədiyini bildirməsi deməkdir. Məsələn, «Mən bu cür münasibəti qəbul etmirəm», «Bu davranış mənim üçün qəbuledilməzdir» demək insanın öz dəyərini və psixoloji rifahını qorumasının bir formasıdır. Bağışlamaq isə qarşı tərəfin etdiyi hərəkətlərə haqq qazandırmaq və ya onunla yenidən yaxın münasibət qurmaq demək deyil.

Bağışlamaq, ilk növbədə, keçmişdə yaşananların emosional yükünü daşımaqdan imtina etməkdir. Bu, insana qarşı duyulan kin, qəzəb və inciklikdən tədricən azad olmaq, həmin hadisələrin insanın gələcək həyatına təsirini azaltmaq deməkdir.

Beləliklə, insan həm bağışlaya, həm də qarşı tərəflə arasına məsafə qoya bilər. Əsas məsələ yaşananları qəbul etmək, şəxsi sərhədləri qorumaq və eyni zərərli münasibət modelinə yenidən qayıtmamaqdır.

Fatimə Hümbətova

Xəbər Lenti

Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33
Firudin Qurbanov Tərtər rayonuna səfər edib03.11.2026 - 14:31
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər03.11.2026 - 14:29
Milli Məclisin Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək03.11.2026 - 14:27
LDU-da “CareerPlus” Karyera Forumu keçirilib03.11.2026 - 14:23
Səbinə Əliyeva yenidən Ombdsman seçildi03.11.2026 - 14:22
DPİQ və SABAH.city elm və innovasiya təşəbbüslərini müzakirə edib03.11.2026 - 14:19
Məktəblərdə vergi və maliyyə idarəetməsi üzrə təlim keçirilib03.11.2026 - 14:17
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb03.11.2026 - 14:14
Daha 20 tələbəyə 200 manatlıq təqaüd veriləcək03.11.2026 - 14:11
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 14:08
SDU tələbələri üçün praktiki dərslər keçirilir03.11.2026 - 14:05
Təhsil naziri xəbərdarlıq etdi: Yüz minlərlə şagird dərslərdən geri qalır03.11.2026 - 13:59
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 13:56
Bakıda dumanlı hava müşahidə olunur03.11.2026 - 13:55
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək03.11.2026 - 13:51
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır03.11.2026 - 13:50
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 13:30
Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək03.11.2026 - 12:53
30 dəqiqəlik gündüz yuxusu təhlükəli xəstəliyin əlaməti ola bilər03.11.2026 - 12:45
Trampın Harvardla bağlı məhkəmə iddiası rədd edildi03.11.2026 - 12:43
İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb03.11.2026 - 12:41
ABŞ-dən olan hərbi ekspert Azərbaycan Prezidentinin 44 günlük müharibədəki rolunu qiymətləndirib03.11.2026 - 12:34
BSU rəhbərliyi, əməkdaşları və tələbələri üçün “44” filminin xüsusi nümayişi təşkil olunub03.11.2026 - 12:32
Avropa Komissiyası noyabrın 4-də Brüsseldə Ukrayna ilə bağlı çoxtərəfli görüş keçirəcək03.11.2026 - 12:30
Peşə təhsili ilə bağli yeni qaydalar03.11.2026 - 11:35
Elm və Təhsil Nazirliyi yeni təyinatla bağlı MƏLUMAT YAYDI03.11.2026 - 11:31
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 11:25
Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq03.11.2026 - 11:22
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər03.11.2026 - 11:20
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı qaydalar müəyyənləşdi03.11.2026 - 11:17
Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır03.11.2026 - 11:14
Aynur Sofiyeva: Azərbaycanda elmi işçilərin 60 %-dən çoxunu qadınlar təşkil edir03.11.2026 - 11:11
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər03.11.2026 - 08:03
ADA Universitetində genetika və biotexnologiya üzrə beynəlxalq konfrans keçirilib02.11.2026 - 19:45
BMU məzunlarının startapı 500 layihə arasından birinci seçildi02.11.2026 - 19:26
Cəmilə Əsgərova: “Saç tökülməsinin arxasında hansı problemlər dayanır?”02.11.2026 - 18:55
BDU-da “Qələbənin izi ilə” adlı tədbir keçirilib02.11.2026 - 18:49
NDU-da Təhsil Tələbə Krediti Fondu ilə maarifləndirici görüş keçirilib02.11.2026 - 18:49
BDU kollektivi şəhid məzunu Fikrət Zeynallının xatirəsini yad edib02.11.2026 - 18:47
Səmada Leonidlər Görünəcək02.11.2026 - 18:43
ADNSU-da “Ignite” proqramının bağlanış mərasimi keçirilib02.11.2026 - 18:36
ADNSU-da “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda təlim keçirilib02.11.2026 - 18:31
ADNSU-da mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqi keçirilib02.11.2026 - 18:28
ADNSU tələbəsi Özbəkistanda keçirilən Gənclər Forumunda iştirak edib02.11.2026 - 18:26
ADNSU tələbələri “Startup School 4” Demo Day-də iştirak ediblər02.11.2026 - 18:22
ADU müəllimi Qazaxıstanda akademik səfərdə olub02.11.2026 - 18:18