Dekabrın 1-də Sumqayıt şəhəri, MİDA Yaşayış Kompleksində yerləşən 9 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır.
“Tehsil365” xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu həyata keçirilir. Valideynlər övladlarını www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

