Təhsil 365 - Logo Mobile

İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”

11603.11.2026 - 14:42
İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”

Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı insanların mütaliə vərdişlərinə və ədəbiyyata münasibətinə də təsir göstərir. Bəs bu dəyişikliklər poeziyanın cəmiyyətdəki roluna necə təsir edir? Gənc yazarların gələcəyini necə qiymətləndirmək olar?

Bu və digər suallarla yazıçı İradə Aytelə müraciət etdik. O, “Tehsil365”ə müsahibəsində müasir ədəbiyyatın vəziyyəti, gənclərin poeziyaya marağı və şair olmaq üçün vacib olan xüsusiyyətlər barədə fikirlərini bölüşüb.

– Sizcə, müasir dövrdə ədəbiyyatın və şeirin cəmiyyətdəki rolu əvvəlki illərlə müqayisədə necə dəyişib? İnsanların kitaba və poeziyaya marağının azalmasını nə ilə əlaqələndirirsiniz?

– Əvvəllər vizual informasiya vasitələri və multimedia məzmunu indiki qədər geniş yayılmamışdı. İnsanlar bədii, publisistik, elmi və xəbər xarakterli informasiyanın böyük hissəsini yazılı mənbələrdən – kitablardan, qəzet və jurnallardan əldə edirdilər. Başqa sözlə, yazılı mətn əsas informasiya daşıyıcısı və bilik ötürülməsinin başlıca vasitəsi idi.

Müasir dövrdə isə informasiyanın təqdimat forması və qavranılma mexanizmləri ciddi şəkildə dəyişib. Mətnlə yanaşı, səs, video və digər rəqəmsal formatlar informasiya istehlakının əsas vasitələrinə çevrilib. İnformasiya axınının sürətlə artması və insanların zaman resurslarının məhdudluğu onları daha çevik və əlçatan informasiya mənbələrinə yönəldir. Bu baxımdan, ənənəvi mütaliənin müəyyən qədər arxa plana keçməsi təbii proses kimi qiymətləndirilə bilər.

Poeziyaya marağın azalması da müasir dövrün sosial-mədəni və psixoloji dəyişiklikləri ilə əlaqəlidir. Xüsusilə Z nəslindən başlayaraq gənc auditoriyanın estetik qavrayışında və emosional təcrübəyə münasibətində müəyyən dəyişikliklər müşahidə olunur. Bununla belə, poeziya öz estetik və mənəvi missiyasını itirməyib. Bu gün də kifayət qədər istedadlı gənclər şeir yazır, mütaliə edir və ədəbi prosesdə iştirak edirlər. Deməli, söhbət poeziyaya marağın tamamilə yox olmasından deyil, auditoriyasının, qavranılma üsullarının və yayım kanallarının dəyişməsindən gedir.

– Bu gün sosial şəbəkələrdə çoxsaylı gənclər şeir yazır və özlərini şair kimi təqdim edirlər. Sizcə, şair olmaq üçün istedad kifayətdirmi, yoxsa bunun arxasında böyük həyat təcrübəsi və mütaliə də dayanmalıdır?

– Şair olmaq üçün istedad, şübhəsiz ki, vacib şərtlərdən biridir. Ancaq burada söhbət yalnız sözlə işləmək, qafiyə qurmaq və poetik mətn yaratmaq bacarığından getmir. Şair, ilk növbədə, görməyi, müşahidə etməyi, duymağı və düşünməyi bacarmalıdır.

Şeirin ideya-məzmun qatının və poetik strukturunun möhkəm olması üçün şair fəlsəfi təfəkkürə, dərin müşahidə qabiliyyətinə və analitik düşüncəyə malik olmalıdır. O, həyat hadisələrinin yalnız zahiri tərəfini deyil, mahiyyətini də dərk etməyi bacarmalıdır. Bunun üçün isə istedadla yanaşı, geniş dünyagörüşü və sistemli mütaliə də vacibdir.

Mənim fikrimcə, istedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır. Təbii sərvət nə qədər qiymətli olsa da, emal olunmadan, cilalanmadan öz həqiqi dəyərini və potensialını tam nümayiş etdirə bilmir. Şairin istedadı da mütaliə, bilik və həyat təcrübəsi ilə zənginləşdikcə kamilləşir.

– Gənc yazarların gələcəyinə necə baxırsınız? Azərbaycan ədəbiyyatında yeni nəslin öz sözünü deyə bilməsi üçün onlara hansı tövsiyələri verərdiniz?

– Mən gənclərimizə çox inanıram. Böyük Zəfərdən əvvəl yaşlı nəslin nümayəndələri arasında gəncliyə münasibətdə müəyyən inamsızlıq və narahatlıq hiss olunurdu. “Bunlar necə böyüyəcək, necə vətənpərvərdirlər, Qarabağı necə azad edəcəyik?” kimi sualları tez-tez eşidirdik. Zaman gəldi və yaşlı nəslin şübhə ilə yanaşdığı gənclik əvvəlki nəslin bacarmadığı tarixi missiyanı həyata keçirdi – Böyük Qələbəni qazandı.

Mən inanıram ki, ədəbiyyatda da buna bənzər bir proses baş verəcək. Zaman gələcək, Azərbaycan ədəbiyyatında 60-cılarla müqayisəyə gələcək, hətta öz bədii-estetik keyfiyyətləri, intellektual miqyası və yaradıcılıq potensialı ilə onları geridə qoyacaq yeni bir ədəbi nəsil yetişəcək. Bəlkə də bu gün həmin nəslin formalaşma prosesinin şahidiyik.

Gənclərə xüsusi tövsiyə vermək istəmirəm. Çünki müasir gənclik hazır tövsiyələrdən daha çox, real nümunələrə, əmələ və təcrübəyə inanır. Ona görə də onlara məsləhət verməkdənsə, uğur diləməyi üstün tuturam. Özlərinə, istedadlarına və seçdikləri yola inamla gələcəyə doğru addımlamağı arzulayıram.

Yaşasın Azərbaycan gəncliyi!

Asyat Abdurahmanova

Xəbər Lenti

Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub03.11.2026 - 14:58
“Balaca səyyah” premyeraya hazırlaşır03.11.2026 - 14:56
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində03.11.2026 - 14:53
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş03.11.2026 - 14:51
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33
Firudin Qurbanov Tərtər rayonuna səfər edib03.11.2026 - 14:31
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər03.11.2026 - 14:29
Milli Məclisin Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək03.11.2026 - 14:27
LDU-da “CareerPlus” Karyera Forumu keçirilib03.11.2026 - 14:23
Səbinə Əliyeva yenidən Ombdsman seçildi03.11.2026 - 14:22
DPİQ və SABAH.city elm və innovasiya təşəbbüslərini müzakirə edib03.11.2026 - 14:19
Məktəblərdə vergi və maliyyə idarəetməsi üzrə təlim keçirilib03.11.2026 - 14:17
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb03.11.2026 - 14:14
Daha 20 tələbəyə 200 manatlıq təqaüd veriləcək03.11.2026 - 14:11
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 14:08
SDU tələbələri üçün praktiki dərslər keçirilir03.11.2026 - 14:05
Təhsil naziri xəbərdarlıq etdi: Yüz minlərlə şagird dərslərdən geri qalır03.11.2026 - 13:59
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 13:56
Bakıda dumanlı hava müşahidə olunur03.11.2026 - 13:55
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək03.11.2026 - 13:51
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır03.11.2026 - 13:50
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 13:30
Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək03.11.2026 - 12:53