Təhsil 365 - Logo Mobile

"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir

9303.11.2026 - 15:10
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir

"Baku Steel Company" QSC (BSC) Bakıda Qafqazın "Böyük Beşliyi"nə həsr olunmuş "Baku Steel Art 2026" sərgisini təqdim edib.

“Tehsil365” xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.

Sərgidə BSC tərəfindən "QGallery"nin təşkilati dəstəyi ilə keçirilmiş üçüncü "Baku Steel Art 2026" Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri nümayiş olunur.

Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan 14 sənətkarı bir araya gətirib. İki həftə ərzində BSC-nin istehsalat sahəsi onların ortaq yaradıcılıq emalatxanasına çevrilib. Şirkətin polad məhsullarından hazırlanan kompozisiyalarda hər bir müəllif Qafqaz təbiətini özünəməxsus bədii dillə ifadə edib.

"Böyük Beşlik" Qafqaz faunasının beş nümayəndəsini – ceyranı, Qafqaz bəbirini, qonur ayını, boz canavarı və şah qartalını əhatə edir. Sənətkarlar bu obrazlar vasitəsilə insanla təbiət arasındakı münasibətləri araşdırırlar. Burada poladın möhkəmliyi ilə canlı aləmin kövrəkliyi arasındakı təzad biomüxtəlifliyin qorunması üçün daşıdığımız məsuliyyəti xatırladır.

Sərgi 2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda keçirilən "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində açılıb.

Açılış mərasimində "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva kimi fəxri qonaqlar, eləcə də "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalının iştirakçıları və qonaqları iştirak ediblər.

"Baku Steel Art" simpoziumları 2024-cü ildən keçirilir. BSC-nin metallurgiya təcrübəsini sənətkarların bədii baxışı ilə birləşdirən layihə sənaye ilə incəsənətin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Beləcə, zavodda istehsal olunan polad şəhərin mədəni mühitinin bir hissəsinə çevrilir.

Asyat Abdurahmanova

Xəbər Lenti

Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub03.11.2026 - 14:58
“Balaca səyyah” premyeraya hazırlaşır03.11.2026 - 14:56
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində03.11.2026 - 14:53
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş03.11.2026 - 14:51
İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”03.11.2026 - 14:42
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33
Firudin Qurbanov Tərtər rayonuna səfər edib03.11.2026 - 14:31
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər03.11.2026 - 14:29
Milli Məclisin Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək03.11.2026 - 14:27
LDU-da “CareerPlus” Karyera Forumu keçirilib03.11.2026 - 14:23
Səbinə Əliyeva yenidən Ombdsman seçildi03.11.2026 - 14:22
DPİQ və SABAH.city elm və innovasiya təşəbbüslərini müzakirə edib03.11.2026 - 14:19
Məktəblərdə vergi və maliyyə idarəetməsi üzrə təlim keçirilib03.11.2026 - 14:17
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb03.11.2026 - 14:14
Daha 20 tələbəyə 200 manatlıq təqaüd veriləcək03.11.2026 - 14:11
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 14:08
SDU tələbələri üçün praktiki dərslər keçirilir03.11.2026 - 14:05
Təhsil naziri xəbərdarlıq etdi: Yüz minlərlə şagird dərslərdən geri qalır03.11.2026 - 13:59
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 13:56
Bakıda dumanlı hava müşahidə olunur03.11.2026 - 13:55
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək03.11.2026 - 13:51
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır03.11.2026 - 13:50
Ən çox bu səbəblərə görə təhsil krediti ala bilməyiblər03.11.2026 - 13:30
Dövlət qulluğuna qəbul imtahanları keçiriləcək03.11.2026 - 12:53