Təhsil 365 - Logo Mobile

ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib

4903.11.2026 - 17:02
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib

ADA Universitetinin rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti 20-29 oktyabr tarixlərində İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın dörd aparıcı ali təhsil müəssisəsinə — Milan Politexnik Universiteti, Bolonya Universiteti, Turin Politexnik Universiteti və Luis Quido Karli Universitetinə səfər edib.

Səfərin əsas məqsədi əməkdaşlığın ilk beşillik mərhələsində əldə olunmuş nəticələri və həyata keçirilmiş layihələri tərəfdaşlarla birgə qiymətləndirmək, yeni proqramların müzakirəsi, eləcə də növbəti dövr üçün əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək olub.

Milan Politexnik Universitetində keçirilən görüşlərdə İtaliya–Azərbaycan Universiteti layihəsinin ilkin tədqiqat mərhələsindən Dizayn və memarlıq fakültəsinin yaradılmasına qədər görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib. Universitetin heyətinə əməkdaşlığın cari vəziyyətinə dair hesabat təqdim edilib. Nümayəndə heyəti universitetin yeni dizayn laboratoriyaları ilə tanış olub və burada təhsil alan doktorantlarla görüşüb.

Turin Politexnik Universitetində əməkdaşlığın nəticələrinə və görülmüş işlərə dair hesabat müzakirə olunub, növbəti mərhələ üzrə fəaliyyət istiqamətləri dəyərləndirilib. Nümayəndə heyəti universitetin tədqiqat və laboratoriya infrastrukturu, o cümlədən “Enerji Mərkəzi” ilə tanış olub, mövcud imkanlardan istifadə perspektivlərini müzakirə edib və doktorantlarla görüşüb. Səfər zamanı iki universitet arasında qarşılıqlı tələbə mübadiləsinə dair memorandum imzalanıb.

Bolonya Universitetində keçirilən görüşlərdə əməkdaşlığın növbəti mərhələsi üzrə strateji hədəflər diqqət mərkəzində olub. Nümayəndə heyəti doktorantura səviyyələrində təhsil alan tələbələrlə görüşərək onların tədqiqat planları ilə tanış olub. Həmçinin kənd təsərrüfatı və qida elmləri sahəsində ikili proqram üzrə təhsil alan magistrant və həmin fakültədə bir semestrlik tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alan bakalavr tələbələri ilə görüş keçirilib.

Luis Quido Karli Universitetində əməkdaşlığın nəticələri nəzərdən keçirilib və hüquq ixtisası üzrə ikili diplom proqramına dair sənəd imzalanıb. Nümayəndə heyəti həmçinin orada təhsil alan Qlobal İdarəetmə və Siyasət (GMAP) üzrə ikili diplom magistratura proqramının tələbələri ilə də görüşüb.

Akademik kadrların hazırlanması ADA Universitetinin strateji fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə ADA Universiteti vasitəsilə Dövlət Proqramı çərçivəsində Milan Politexnik Universitetində 15, Bolonya Universitetində 12, Turin Politexnik Universitetində isə 4 tələbə doktorantura təhsili alır.

Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar İtaliya–Azərbaycan Universiteti layihəsi üzrə əməkdaşlığın davamlı inkişafına, iki ölkə arasında təhsil və elmi tədqiqat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edir.

Əzizə Qayıtmazova

Xəbər Lenti

ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub03.11.2026 - 14:58
“Balaca səyyah” premyeraya hazırlaşır03.11.2026 - 14:56
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində03.11.2026 - 14:53
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş03.11.2026 - 14:51
İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”03.11.2026 - 14:42
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33