Azərbaycanda ibtidai sinif şagirdlərinin bilik və bacarıqlarının yoxlanılması məqsədilə keçirilən “BilBacar” müsabiqəsinin yeni mövsümünə start veriləcək. Layihə məktəblilərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin inkişafına xidmət edir.
“Tehsil365” xəbər verir ki, müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək III–IV sinif şagirdləri arasında virtual platforma üzərindən keçiriləcək.
Müsabiqə çərçivəsində iştirakçılara 40–60 sual təqdim olunacaq. Şagirdlərin yarışa hazırlaşması üçün platformada xüsusi hazırlıq bölməsi də fəaliyyət göstərəcək.
Topladıqları ballara əsasən iştirakçılar altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən müəyyən liqalarda yer alan şagirdlər 2027-ci ilin iyun ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

