Azərbaycanda elmi tədqiqatların praktiki nəticələrə çevrilməsi və innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
“Tehsil365” xəbər verir ki, Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) və SABAH.city nümayəndələri arasında keçirilən görüşdə elmi tədqiqatların yerli innovasiya ekosisteminə inteqrasiyası məsələləri diqqət mərkəzində olub.
Görüşdə “SABAH Venture Scientist” layihəsi çərçivəsində elmi nəticələrin kommersiyalaşdırılması, tədqiqatlara əsaslanan biznes təşəbbüslərinin yaradılması və alimlərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi imkanları müzakirə edilib.
Həmçinin Dövlət Proqramı iştirakçılarının və məzunlarının SABAH.city layihələrində iştirakı, təcrübə qazanması və startaplarının inkişafı üçün dəstək imkanları nəzərdən keçirilib.

