Təhsil 365 - Logo Mobile

Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı

16903.11.2026 - 17:39
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı

Devid Petreus: "Uğuru texnologiya ilə yanaşı, strategiya, liderlik və hərb sənəti müəyyən edir". Cozef Votel: "Kitab köhnəlmiş 'dron müharibəsi' karikaturasını aşaraq qələbəni nəyin qazandırdığını göstərir".

“Tehsil365” Milli.az a istinadən xəbər verir ki, ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" ("The War for Karabakh: Strategy, Technology, and Victory") kitabı işıq üzü görüb. Əsəri Uest-Poynt Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunun təsisçi direktoru, təqaüdçü polkovnik Liam Kollinz və həmin institutda şəhər döyüşləri üzrə tədqiqatlara rəhbərlik etmiş, bu sahədə dünyanın ən çox istinad olunan ekspertlərindən biri olan Con Spenser yazıb.

Təxminən iki il ərzində hazırlanan kitab 44 günlük müharibə haqqında xaricdə aparılmış ilk geniş və sistemli hərbi tədqiqatdır. Onun məhz hərbi araşdırmalar üzrəixtisaslaşmış Uest-Poynt mütəxəssisləri tərəfindən yazılması əsərə xüsusi çəki verir: bundan sonra Qərbin hərbi akademiyalarında Azərbaycan təcrübəsi bu kitab üzərindən öyrəniləcək.

Kitabın çapından əvvəl ona ABŞ-ın son onilliklərdəki ən nüfuzlu hərbi rəhbərləri və aparıcı strateji tədqiqatçıları rəy verib. Bu rəylərdə səslənən əsas fikir eynidir: Azərbaycanın Qələbəsi təsadüfi deyil, onilliklər boyu qurulmuş milli gücün, düzgün strategiyanın və liderliyin nəticəsidir.

2020-ci ildən bəri dünya mətbuatında Azərbaycanın Qələbəsi çox vaxt sadəcə "pilotsuz uçuş aparatlarının qələbəsi" kimi təqdim olunurdu. Kitab bu yayğın fikri şübhə altına alır. ABŞ Mərkəzi Komandanlığının və Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş komandanı, general Cozef Votel bunu belə ifadə edir:

"Liam Kollinz və Con Spenser Qarabağ müharibələrinin həlledici tarixini yaradıblar. Onlar köhnəlmiş 'dron müharibəsi' karikaturasını aşaraq qələbəni əslində nəyin qazandırdığını göstərirlər: onilliklər boyu davam edən böyük strategiya, institusional islahatlar və nizam-intizamlı əməliyyat icrası."  - General Cozef Votel

Kolumbiya Universitetinin professoru, "Hərbi güc" ("Military Power") əsərinin müəllifi Stiven Biddl də eyni qənaətdədir. Onun sözlərinə görə, bir çox analitiklər yalnız dəyişikliyə fokuslandığı halda, müəlliflər dronları, yüksək dəqiqlikli silahları və müasir kəşfiyyatı "öz real kontekstində" yerləşdirən daha balanslı baxış təqdim edirlər.

Bəs bu kontekst nədir? Müəlliflərin fikrincə, döyüş meydanında Azərbaycanın qələbəsinin əsas səbəbi ordunun "müasir döyüş sistemi" konsepsiyasına dərindən yiyələnməsidir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgəfəaliyyətinin dəqiq əlaqələndirilməsini özündə birləşdirir. Dronlar bu sistemin güclü alətidir, amma sistemin özü deyil. Texnologiyaya malik olub, onu düzgün döyüş sisteminə inteqrasiya edə bilməyən ordular məğlub olur; Azərbaycan Ordusu isə bu inteqrasiyanı bacaran ordu kimi təqdim edilir.

Kitabın əsas qənaəti ondan ibarətdir ki, hərbi qələbə təkcədöyüş meydanında qazanılmır. Onun arxasında milli güc, düzgün dövlət və ordu quruculuğu siyasəti, güclü iqtisadiyyat, kommunikasiya strategiyası və ideoloji iş dayanır. Bu fikri ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general-leytenant Herbert Makmaster xüsusi vurğulayır:

"Bu kitab siyasi və hərbi liderlər üçün mütləq oxunmalıdır. Liam Kollinz və Con Spenser müharibədəuğurun əsas elementlərini - aydın strateji məqsədləri vəbu məqsədlər naminə milli gücün bütün elementlərini səfərbər etmək bacarığını üzə çıxarırlar."  - General-leytenant Herbert Makmaster

Makmasterin sözlərinə görə, kitab pilotsuz sistemlər kimi yeni texnologiyaların təsirini göstərsə də, onları birgəqoşun taktikası, əməliyyat planlaşdırması, coğrafiya, təlim, liderlik və ordu quruculuğu kontekstində təhlil edir.

Başqa sözlə, 2020-ci ilin payızında 44 gün ərzində əldəolunan nəticə uzun illərin məqsədyönlü işinin bəhrəsidir. İqtisadi inkişafın ordu quruculuğuna çevrilməsi, beynəlxalq münasibətlərin siyasi və hərbi dəstəyə yönəldilməsi, cəmiyyətin vahid məqsəd ətrafında səfərbər edilməsi - bunların hamısı eyni strategiyanın tərkib hissələri idi.

Milli gücün bu konfiqurasiyası öz-özünə yaranmır - onu quran və həlledici anda tətbiq edən iradə lazımdır. Kitabda Ali Baş Komandan İlham Əliyevin roluna xüsusi aksent edilir: döyüş əməliyyatlarının strateji idarə olunması, müharibə günlərində həm Azərbaycan cəmiyyəti, həm dəxarici auditoriya ilə fasiləsiz və fəal kommunikasiya, dezinformasiyaya qarşı mübarizə.

Müharibənin 44 günü ərzində Prezidentin xalqa müraciətləri, dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr Azərbaycanın mövqeyini beynəlxalq arenada birbaşa çatdırırdı. Qərb hərb elmində "strateji liderlik" adlandırılan anlayış məhz budur: hərbi, siyasi, informasiya və diplomatik resursların vahid məqsədə tabe edilməsi.

Rəylərdə də liderlik faktoru ön plana çıxır. Keçmiş MKİ direktoru, ABŞ Mərkəzi Komandanlığının və İraqdakı çoxmillətli qüvvələrin keçmiş komandanı, general Devid Petreus yazır:

"XXI əsrin həlledici, lakin çox vaxt diqqətdən kənarda qalan hərbi kampaniyalarından birinin ustalıqla aparılmış təhlili... Nəticədə müasir döyüş meydanında uğuru texnologiya ilə yanaşı, strategiyanın, liderliyin, hərb sənətinin və adaptasiyanın müəyyən etdiyini göstərən təsirli bir əsər ortaya çıxıb."  - General Devid Petreus

Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin və ABŞ-ın Birgə Xüsusi Əməliyyatlar Komandanlığının keçmiş komandanı, general Stenli Makkristal isə kitabı "yaxın keçmişdəki bir müharibənin tarixindən qat-qat artıq" adlandırır:

"Liam Kollinz və Con Spenser müasir döyüş meydanında uğuru tək texnologiyanın deyil, strategiyanın, liderliyin, hazırlığın və nizam-intizamlı icranın müəyyən etdiyini nümayiş etdirirlər. Bu, hərbi peşəkarlar və dövlətlərin münaqişəyə necə hazırlaşması ilə maraqlanan hər kəs üçün mühüm kitabdır."  - General Stenli Makkristal

Yüz müsahibə və döyüş meydanlarında sahə işi

Kitabın elmi dəyərini onun metodologiyası müəyyən edir. Tədqiqat 100-ə yaxın hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bundan əlavə, müəlliflər əsas döyüşlərin getdiyi bütün ərazilərdə yerində baxış keçiriblər. General Votelin sözləri ilə desək, əsər "hər iki tərəfin komandirlərinə birbaşa çıxışa" və zəngin döyüş meydanı detallarına söykənir.

Müəlliflərin Azərbaycan təcrübəsinə marağı yeni deyil. Kitabdan əvvəl onlar Hadrut və Şuşa uğrunda şəhər döyüşlərinin necə aparıldığına dair ətraflı məqalə dərc etdirmişdilər. Şəhər döyüşləri üzrə tanınmış ekspert kimi Con Spenser Şuşa əməliyyatını müasir dövrün ən qeyri-adi şəhər əməliyyatlarından biri kimi dəyərləndirir: sıldırım qayalıqlarla əhatə olunmuş dağ şəhəri kütləvi artilleriya zərbələri ilə deyil, xüsusi təyinatlıların çətin ərazidən infiltrasiyası və yaxın döyüşlərlə, şəhər dağıdılmadan azad edilib.

General Votel kitabın hərbi peşəkarlar, siyasətçilər vəstrategiya tədqiqatçıları üçün "Qafqazdan çox-çox uzağa çatan dərslər" ehtiva etdiyini yazır. Bu, Azərbaycan üçün əsas mesajdır: 44 günlük müharibədəki Qələbə artıq beynəlxalq hərb elminin bir hissəsinə çevrilib.

ABŞ ordusunun ən tanınmış generallarının və aparıcı akademik dairələrin yekdil qənaəti budur: Qarabağ yalnız dronlarla deyil, onilliklər boyu qurulmuş milli güclə, düzgün dövlət və ordu quruculuğu siyasəti ilə və bu gücü həlledici anda doğru istiqamətə yönəldən strateji liderlikləazad olunub. Qələbənin memarı isə Ali Baş Komandanİlham Əliyevdir.

Ayətil Quliyeva

Xəbər Lenti

ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub03.11.2026 - 14:58
“Balaca səyyah” premyeraya hazırlaşır03.11.2026 - 14:56
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində03.11.2026 - 14:53
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş03.11.2026 - 14:51
İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”03.11.2026 - 14:42
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33