Azərbaycanda beynəlxalq universitetlərə qəbul zamanı istifadə olunan SAT imtahanının növbəti mərhələsi keçiriləcək. Namizədlərin imtahana hazırlıq və qeydiyyat şərtlərinə diqqət yetirməsi tövsiyə olunur.
“Tehsil365” xəbər verir ki, rəqəmsal SAT imtahanı noyabrın 7-də Dövlət İmtahan Mərkəzinin fəaliyyət göstərdiyi hər iki ünvanda təşkil olunacaq.
İmtahan Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 299 və Süleyman Sani Axundov küçəsi 50 ünvanlarında keçiriləcək.
İştirakçılar saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar. Namizədlər şəxsiyyət vəsiqəsi və ya pasport, buraxılış vərəqəsi, həmçinin “College Board”un tələblərinə uyğun notbuk və ya planşet təqdim etməlidirlər.
İmtahanda iştirak edəcək şəxslərdən cihazlarının əvvəlcədən yoxlanılması və “Bluebook” tətbiqində testin qurulması prosesini tamamlamaları tələb olunur.
Qeyd edək ki, 2026-cı ildə SAT imtahanlarının növbəti tarixi dekabrın 5-i müəyyən edilib.

