Elm və təhsil nazirinin müavini Firudin Qurbanov regionlarda təhsil müəssisələrinin fəaliyyəti, tədris şəraiti və təhsil işçilərinin qarşılaşdığı məsələlərlə tanış olub.
“Tehsil365” xəbər verir ki, nazir müavini noyabrın 2-də Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində Firudin Qurbanov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra Ağdərə rayonunun Suqovuşan kənd tam orta ümumtəhsil məktəbində olan nazir müavini burada yaradılmış tədris şəraiti və məktəbin fəaliyyəti ilə tanış olub.
Səfər zamanı vətəndaş qəbulu keçirilib, müraciətlər dinlənilib və qaldırılan məsələlərin araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Firudin Qurbanov Tərtər şəhərində yerləşən 5 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti ilə də tanış olub.
Bununla yanaşı, şəhid ailələri, Vətən müharibəsi iştirakçısı olan təhsil işçiləri, məktəb rəhbərləri, gənc müəllimlər, psixoloqlar və tərbiyəçi-müəllimlərlə görüşlər keçirilib. Görüşlərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və təhsilalanlara psixoloji-pedaqoji dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

