Təhsil 365 - Logo Mobile

ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib

2203.11.2026 - 18:04
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib

Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Texnologiyaları kafedrası və Beynəlxalq münasibətlər və regionşünaslıq (BMR) fakültəsinin birgə təşkilatçılığı ilə “Süni intellekt və rəqəmsal transformasiya dövründə universitetlərin informasiya təhlükəsizliyi: çağırışlar, risklər və institusional məsuliyyət” mövzusunda tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BMR fakültəsinin dekanı professor İbrahim Kazımbəyli müasir dövrdə süni intellektin sürətli inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqinin ali təhsil müəssisələrinin fəaliyyətində yeni imkanlarla yanaşı, ciddi informasiya təhlükəsizliyi çağırışları da yaratdığını bildirib.

Professor qeyd edib ki, universitetlərin rəqəmsal transformasiyası tədris, elmi-tədqiqat və idarəetmə proseslərinin səmərəliliyini artırmaqla yanaşı, informasiya resurslarının, fərdi məlumatların və akademik məlumat bazalarının etibarlı qorunmasını zəruri edir. Onun sözlərinə görə, mövcud risklərin qarşısının alınması yalnız texniki vasitələrin tətbiqi ilə məhdudlaşmamalı, institusional məsuliyyətin gücləndirilməsi, müvafiq təhlükəsizlik siyasətinin formalaşdırılması, eləcə də universitet əməkdaşları və tələbələrin rəqəmsal savadlılığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir.

İbrahim Kazımbəyli vurğulayıb ki, informasiya təhlükəsizliyi müasir universitetlərin dayanıqlı inkişafının və rəqəmsal mühitə etimadın əsas şərtlərindən biridir. Bu baxımdan, süni intellekt texnologiyalarından təhlükəsiz, məsuliyyətli və etik prinsiplər əsasında istifadə edilməsi ali təhsil müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir.

İnformasiya Texnologiyaları kafedrasının müəllimi, texnika üzrə fəlsəfə doktoru Turan Cəfər-zadə “Süni intellekt dövründə rəqəmsal təhdidlər və müdafiə mexanizmləri: universitetlər üçün elmi əsaslandırılmış təhlükəsiz transformasiya konsepsiyası” mövzusunda çıxış edib.

Turan Cəfər-zadə bildirib ki, kiberhücumların əsas giriş qapıları – fişinq, oğurlanmış parollar və proqram təminatındakı zəifliklər – dəyişməsə də, süni intellekt bu üsullardan daha sürətli, ucuz və inandırıcı şəkildə istifadə etməyə imkan verir. O qeyd edib ki, süni intellekt eyni zamanda prompt injection və məxfi məlumatların xarici xidmətlərə sızması kimi yeni risklər də yaradır. Məruzəçinin sözlərinə görə, süni intellekt müdafiə prosesində faydalı vasitə olsa da, davamlı qiymətləndirmə və insan nəzarəti olmadan etibarlı hesab edilə bilməz.

Qeyd olunub ki, universitetlər üçün təklif edilən təhlükəsizlik konsepsiyası idarəetmə, texniki müdafiə və istifadəçi kompetensiyasını özündə birləşdirir. Bu yanaşmaya əsasən, təhlükəsizlik texnologiyadan imtina etmək deyil, ondan məsuliyyətli və davamlı şəkildə istifadə etmək deməkdir.

İnformasiya Texnologiyaları kafedrasının müəllimi Xatirə Aslanova çıxışında süni intellekt alətlərinin elmi tədqiqat işlərində plagiat hallarının yoxlanılması və aşkarlanması prosesində geniş istifadə olunduğunu bildirib. O qeyd edib ki, bu alətlər yoxlama prosesini sürətləndirsə də, bəzi hallarda düzgün olmayan nəticələr təqdim edə bilər. Məruzəçinin fikrincə, belə hallarda süni intellektin təqdim etdiyi nəticələr mütləq mütəxəssis tərəfindən yoxlanılmalı və yekun qərar insan nəzarəti ilə verilməlidir.

İnformasiya Texnologiyaları kafedrasının müdiri dosent Fikrət İbiyev çıxışında tədbirin əhəmiyyətindən danışaraq süni intellekt və rəqəmsal transformasiya şəraitində universitetlərdə informasiya təhlükəsizliyinin təmin olunmasının, mövcud risklərin vaxtında müəyyənləşdirilməsinin və qabaqlayıcı müdafiə mexanizmlərinin formalaşdırılmasının xüsusi aktuallıq kəsb etdiyini bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Fidan Abışova

Xəbər Lenti

ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub03.11.2026 - 14:58
“Balaca səyyah” premyeraya hazırlaşır03.11.2026 - 14:56
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində03.11.2026 - 14:53
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş03.11.2026 - 14:51
İradə Aytel: “İstedad təbii sərvətdirsə, mütaliə onun cilasıdır”03.11.2026 - 14:42
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq rapid turnirinin açılışı keçirilib03.11.2026 - 14:33