Təhsil 365 - Logo Mobile

BDU-da Elmi Seminar baş tutub

2403.11.2026 - 19:25
BDU-da Elmi Seminar baş tutub

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Qarabağ Zəfəri informasiya müstəvisində” mövzusunda elmi seminar keçirilib.

“Tehsil365” xəbər verir ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Mümtaz Xəlilzadə mövzu üzrə məruzə edib.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlə başa çatmış Vətən müharibəsindən, eləcə də Qarabağda aparılmış birgünlük antiterror əməliyyatları nəticəsində ölkəmizin suverenliyinin bərpasından sonra müharibə və postmüharibə dövründə baş verən proseslərin, dövlətimizin bu sahədəki ardıcıl siyasətinin informasiya müstəvisində təhlili aparılıb. Vətən müharibəsi günlərində və hazırkı dövrdə informasiya cəbhəsində ölkəmizin aparıcı rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi-strateji qələbə kontekstində deyil, Azərbaycanın informasiya müstəvisində apardığı mübarizənin tarixi nailiyyəti kimi mühüm əhəmiyyət kəsb edir.

Araşdırmada müasir münaqişələrdə informasiya amilinin artan əhəmiyyəti, hibrid müharibə strategiyaları, dezinformasiya və informasiya manipulyasiyalarının təsir mexanizmləri elmi-nəzəri aspektdən şərh edilib. Mümtaz Xəlilzadə çıxışında Ermənistanın müharibə dövründə həyata keçirdiyi dezinformasiya kampaniyalarına, xarici media və lobbi şəbəkələri vasitəsilə beynəlxalq ictimai rəyə təsir cəhdlərinə diqqət çəkib. Azərbaycanın çevik və faktlara əsaslanan informasiya siyasəti, dövlət qurumlarının operativ məlumatlandırma fəaliyyəti, yerli informasiya cəbhəsindəki rolu sayəsində düşmənin bütün cəhdlərinin iflasa uğradığını bildirib.

Məruzədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə günlərində beynəlxalq media qurumlarına verdiyi müsahibələrin informasiya strategiyasındakı yeri xüsusi vurğulanıb. “Dəmir yumruq” ideologiyası ətrafında formalaşan Ali Baş Komandan–Ordu–Xalq birliyinin informasiya müstəvisindəki mənəvi-ideoloji əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlət başçısının beynəlxalq auditoriya qarşısında Azərbaycanın mövqeyini əsaslandırması, tarixi və hüquqi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırması, qarşı tərəfin dezinformasiya cəhdlərinə tutarlı cavablar verməsi tarixi qələbəmizi şərtləndirən mühüm amil kimi müharibənin taleyində həlledici rol oynayıb.

BDU kollektivinin bu sahədəki fəaliyyətindən bəhs edən məruzəçi bildirib ki, Vətən müharibəsi günlərində Universitet adından bir sıra müraciət və bəyanatlar yayılıb, ölkəmizin informasiya cəbhəsindəki mübarizəsinə dəstək verilib: “Həmin tarixi günlərdə BDU rektorunun Universitetin əməkdaşlıq etdiyi xarici universitetlərin rektorlarına ünvanladığı məktub, Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının UNESCO və onun institutlarına müraciəti, Jurnalistika fakültəsinin professor-müəllim heyətinin beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına göndərdikləri bəyanat bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir”.

Gənc tədqiqatçı Universitet tərəfindən bu istiqamətdə hazırlanmış nəşrləri də yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Vətən müharibəsi yerli və xarici mediada” kitabları həmin dövrün informasiya müstəvisindən təhlili baxımından mühüm mənbələr kimi hər zaman aktualdır”.

Araşdırmada həmçinin sosial media platformalarının informasiya müharibəsində rolu, vətəndaş jurnalistikasının imkanları, hərbi müxbirlərin ekstremal şəraitdə fəaliyyəti və etibarlı informasiya mənbələrinin ictimai rəyin formalaşmasında əhəmiyyəti diqqətə çatdırılıb.

Elmi seminar müzakirələrlə davam edib.

Fidan Abışova

Xəbər Lenti

BDU Fakültəsinin Yubileyi03.11.2026 - 19:27
BDU- da Biologiya Fakültəsində Anım 03.11.2026 - 19:20
Xarıbülbülün Zəfər Nəğməsi03.11.2026 - 19:17
ADNSU Beynəlxalq Konfranslarda03.11.2026 - 19:13
ADNSU-Deep Tech Əməkdaşlığı03.11.2026 - 19:07
ADNSU-nun Beynəlxalq Əlaqələri03.11.2026 - 18:44
ADNSU-nun Q1 Uğuru03.11.2026 - 18:41
ADNSU Məqaləsi Dərc Edildi03.11.2026 - 18:34
ADU tələbələri “Qardaşlığın misraları” müsabiqəsində iştirak ediblər03.11.2026 - 18:12
ADU-da şair Müzahim Mehvalıoğlunun kitabının imza günü keçirilib03.11.2026 - 18:09
ADU-nun dosenti dosent elmi adına layiq görülüb03.11.2026 - 18:06
ADU-da süni intellekt və informasiya təhlükəsizliyi mövzusunda tədbir keçirilib03.11.2026 - 18:04
BDU-da Cəlil Məmmədquluzadənin publisistikasına həsr olunan tədbir keçirilib03.11.2026 - 18:03
“Sadıq bəy Ağabəyzadə general-şərqşünas” kitabı işıq üzü görüb03.11.2026 - 17:59
Nizami Gəncəvinin 885 illiyi beynəlxalq elmi konfransda qeyd olunub03.11.2026 - 17:58
AMEA-nın nümayəndə heyəti Çində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının 39-cu iclasında iştirak edib03.11.2026 - 17:56
ADPU-nun STEAM komandaları beynəlxalq olimpiadanın II mərhələsinə vəsiqə qazanıblar03.11.2026 - 17:52
Firudin Qurbanov Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub03.11.2026 - 17:52
ADPU tələbələri arasında dayanıqlı inkişaf savadlılığının qiymətləndirilməsi üzrə sorğu keçirilib03.11.2026 - 17:50
Qarabağ Universitetində yeni təyinat olub03.11.2026 - 17:46
ADNSU tələbələri beynəlxalq elmi konfranslarda tədqiqatlarını təqdim ediblər03.11.2026 - 17:40
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı03.11.2026 - 17:39
Magistr və doktorantura bitirən zabitlər daha tez rütbə alacaq03.11.2026 - 17:34
DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək: Namizədlərə vacib xəbərdarlıq03.11.2026 - 17:31
Qərbi Kaspi Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib03.11.2026 - 17:27
Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı təşkil olunacaq03.11.2026 - 17:25
DPİQ və SABAH.city elmi tədqiqatların innovasiyaya çevrilməsini müzakirə edib03.11.2026 - 17:20
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub03.11.2026 - 17:20
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib03.11.2026 - 17:19
UFAZ-da seminar keçirilib03.11.2026 - 17:17
UFAZ tələbələri “One Idea” innovasiya müsabiqəsində birinci yeri qazanıblar03.11.2026 - 17:15
“Rəsmi-işgüzar üslubda Azərbaycan dilinin istifadə qaydaları” mövzusunda təlim təşkil olunub03.11.2026 - 17:12
“Süni intellekt bumeranqı" gözlənilməz nəticələr doğurdu03.11.2026 - 17:11
UNEC əməkdaşı beynəlxalq ekspertlər siyahısına daxil edilib03.11.2026 - 17:10
Sentyabrın 27-də keçirilən imtahanın yekun nəticələri elan olunub03.11.2026 - 17:09
UFAZ-da elmi seminarı keçirilib03.11.2026 - 17:07
Orta məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı03.11.2026 - 17:05
ADA Universitetinin nümayəndə heyəti İtaliyadakı tərəfdaş universitetlərə səfər edib03.11.2026 - 17:02
Rüfət Seyidov AzTV-dən ayrıldı03.11.2026 - 17:01
Daha 20 tələbəyə 200 manat təqaüd veriləcək03.11.2026 - 17:00
Bilkent və Harvard universitetlərinin məzunu TAU tələbələrinə seminar keçdi03.11.2026 - 16:59
Rus milyarderin xanımı Bakı İncəsənət sərgisində 03.11.2026 - 16:55
10 universitetdə süni intellekt təlimlərinə start verilib03.11.2026 - 16:50
“BilBacar” müsabiqəsi yenidən başlayır03.11.2026 - 16:20
"Baku Steel Company" "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir03.11.2026 - 15:10
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb03.11.2026 - 15:05
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib03.11.2026 - 15:02