Təhsil 365 - Logo Mobile

Universitet məzunları iş tapa bilmir: UNESCO-dan hesabat

8704.11.2026 - 13:09
Universitet məzunları iş tapa bilmir: UNESCO-dan hesabat

Ərəb ölkələrində ali təhsil alan tələbələrin sayı son 25 ildə təxminən üç dəfə artaraq 15 milyona yaxınlaşıb. Bununla belə, universitet məzunlarının işlə təmin olunması region üçün əsas problemlərdən biri olaraq qalır.

“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, bu barədə UNESCO-nun noyabrın 3-də açıqladığı “Ərəb Dövlətlərində ali təhsilin vəziyyəti” adlı hesabatında bildirilib.

19 ərəb ölkəsinin ali təhsil sistemini əhatə edən araşdırmaya görə, 2024-cü ildə regionda ali təhsilə qəbul səviyyəsi 37 faiz təşkil edib. Bu göstərici dünya üzrə orta göstəricidən (44 faiz) aşağıdır.

Hesabatda qeyd olunur ki, 2007-ci ildən etibarən qadınlar ali təhsil müəssisələrinə qəbul və məzunolma göstəricilərinə görə kişiləri üstələyirlər. Regionda elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) ixtisasları üzrə məzunların payı isə 28 faizdir. Dünya üzrə bu göstərici 23 faiz təşkil edir.

Araşdırmaya əsasən, tələbələrin 81 faizi bakalavriat proqramlarında təhsil alır. Texniki və peşə yönümlü qısamüddətli ali təhsil proqramlarında oxuyanların payı isə cəmi 7 faizdir. Dünya üzrə bu göstərici 19 faizdir. UNESCO belə proqramların genişləndirilməsini ali təhsillə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsi baxımından vacib hesab edir.

Hesabatda regionda gənclər arasında işsizlik səviyyəsinin 26 faizə çatdığı və bunun dünya üzrə orta göstəricidən təxminən iki dəfə yüksək olduğu vurğulanıb. Eyni zamanda, ərəb ölkələrində hər bir akademik heyət üzvünə orta hesabla 25 tələbə düşür. Dünya üzrə bu rəqəm 18-dir.

Sənəddə rəqəmsal transformasiya və süni intellektin tətbiqinə də diqqət çəkilib. Bildirilib ki, ərəb ölkələrinin 70 faizindən çoxu ali təhsil üzrə milli planlarına rəqəmsallaşma hədəflərini daxil edib. Bununla belə, süni intellektin inkişafı fonunda universitetlərdə müvafiq siyasət və keyfiyyət təminatı mexanizmlərinin yaradılmasına ehtiyac var.

UNESCO ali təhsilə çıxış imkanlarının genişləndirilməsini, məzunların məşğulluğunun artırılmasını, elmi tədqiqatların inkişafını və universitetlərlə əmək bazarı arasında əlaqələrin gücləndirilməsini regionun əsas prioritetləri kimi göstərib.

Nilay Hüseynli

Xəbər Lenti

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20
RFO ilə bağlı ən çox verilən SUALLAR VƏ CAVABLAR04.11.2026 - 13:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək04.11.2026 - 13:15
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 13:12
Sabah rayon ərazilərinə dolu düşəcək04.11.2026 - 13:11
Təhsil xərclərinin artırılmasına çalışacağıq04.11.2026 - 13:04
Şagirdlərin elektron yerdəyişməsi başlayır04.11.2026 - 13:03
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq04.11.2026 - 13:02
953 uşaq ailəsinə qaytarılıb04.11.2026 - 12:39
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək 04.11.2026 - 12:38
DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək04.11.2026 - 12:36
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər 04.11.2026 - 12:35
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib04.11.2026 - 12:33
Kollec tələbəsi bıçaqlandı04.11.2026 - 12:32
"Bir Cənub Şəhərində" Festivalı baş tutub04.11.2026 - 12:29
ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir04.11.2026 - 12:22
FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib04.11.2026 - 12:19
Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib04.11.2026 - 12:16
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 11:56
"Mənim Qəhrəmanım" adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib 04.11.2026 - 11:53
İstanbulda altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılışı olub04.11.2026 - 11:50
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub04.11.2026 - 11:47
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib04.11.2026 - 11:44
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb04.11.2026 - 11:41
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib04.11.2026 - 11:38
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 11:35
Vüsal Kərimli: "Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə yalnız bilik vermək deyil, həm də həmin biliklərdən müstəqil şəkildə istifadə etmək bacarığı formalaşdırmaqdır."04.11.2026 - 10:21
Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub04.11.2026 - 09:21
Sabahın hava proqnozu açıqlanıb04.11.2026 - 08:59