Təhsil 365 - Logo Mobile

Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək

8304.11.2026 - 13:15
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək

2026-cı ilin noyabrın 4-də Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov doktoranturaya hazırlaşan universitet əməkdaşları üçün ödənişsiz ingilis dili dərslərinin başlanması ilə əlaqədar iştirakçılarla görüşüb. Görüşdə əməkdaşların doktorantura təhsilinə hazırlığı, xarici dil biliklərinin təkmilləşdirilməsi və elmi-tədqiqat fəaliyyətində akademik ingilis dili bacarıqlarının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

“Tehsil365” xəbər verir ki, rektor iştirakçıların hazırlıq prosesi ilə bağlı fikirlərini və gözləntilərini dinləyib. Görüş əməkdaşların akademik inkişaf ehtiyaclarının müzakirəsi, hazırlıq imkanları barədə məlumatlandırılması və onların elmi fəaliyyətə marağının dəstəklənməsi baxımından əhəmiyyət daşıyıb.

Görüş zamanı iştirakçılara doktoranturaya qəbul üzrə xarici dil imtahanının formatı, qiymətləndirmə meyarları və əsas tələbləri barədə ətraflı məlumat verilib. Səmərəli hazırlıqla bağlı tövsiyələr səsləndirilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb. Sonda rektor Anar Eminov hər bir iştirakçıya hazırlıq prosesində və gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.

MDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçiriləcək ingilis dili dərsləri doktoranturaya hazırlaşan universitet əməkdaşları üçün tam ödənişsiz olacaq. Dərslər həftədə üç dəfə onlayn və ənənəvi formatlarda təşkil ediləcək. Bu yanaşma əməkdaşların hazırlıq imkanlarına çıxışının asanlaşdırılmasına və tədris prosesində çevik iştirakına şərait yaradacaq.

Məşğələlər doktoranturaya qəbul imtahanına hazırlıqla yanaşı, doktorantura təhsili və elmi-tədqiqat fəaliyyəti üçün zəruri olan akademik ingilis dili bacarıqlarının inkişafına yönəlib. Dərslər çərçivəsində iştirakçıların ingilisdilli elmi mənbələrlə işləmək, akademik mətnlər yazmaq və elmi mövzularda ünsiyyət qurmaq bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur. Təşəbbüs universitet əməkdaşlarının davamlı peşəkar inkişafının dəstəklənməsinə, keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinə və elmi potensialının gücləndirilməsinə xidmət edir. Ödənişsiz hazırlıq imkanının yaradılması əməkdaşların akademik inkişafında bərabər imkanların təşviqinə, beynəlxalq elmi ədəbiyyata çıxışının və elmi əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verməyi hədəfləyir.

Nilay Hüseynli

Xəbər Lenti

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20
RFO ilə bağlı ən çox verilən SUALLAR VƏ CAVABLAR04.11.2026 - 13:18
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 13:12
Sabah rayon ərazilərinə dolu düşəcək04.11.2026 - 13:11
Universitet məzunları iş tapa bilmir: UNESCO-dan hesabat04.11.2026 - 13:09
Təhsil xərclərinin artırılmasına çalışacağıq04.11.2026 - 13:04
Şagirdlərin elektron yerdəyişməsi başlayır04.11.2026 - 13:03
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq04.11.2026 - 13:02
953 uşaq ailəsinə qaytarılıb04.11.2026 - 12:39
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək 04.11.2026 - 12:38
DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək04.11.2026 - 12:36
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər 04.11.2026 - 12:35
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib04.11.2026 - 12:33
Kollec tələbəsi bıçaqlandı04.11.2026 - 12:32
"Bir Cənub Şəhərində" Festivalı baş tutub04.11.2026 - 12:29
ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir04.11.2026 - 12:22
FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib04.11.2026 - 12:19
Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib04.11.2026 - 12:16
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 11:56
"Mənim Qəhrəmanım" adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib 04.11.2026 - 11:53
İstanbulda altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılışı olub04.11.2026 - 11:50
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub04.11.2026 - 11:47
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib04.11.2026 - 11:44
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb04.11.2026 - 11:41
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib04.11.2026 - 11:38
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 11:35
Vüsal Kərimli: "Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə yalnız bilik vermək deyil, həm də həmin biliklərdən müstəqil şəkildə istifadə etmək bacarığı formalaşdırmaqdır."04.11.2026 - 10:21
Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub04.11.2026 - 09:21
Sabahın hava proqnozu açıqlanıb04.11.2026 - 08:59