Təhsil 365 - Logo Mobile

DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib

9304.11.2026 - 14:28
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ölkənin aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirib.

“Tehsil365” xəbər verir ki, bu barədə “AzEdu.az”a Dövlət Proqramından məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Tsinxua Universiteti (Tsinghua University) və Pekin Universitetində (Peking University), eləcə də aerokosmik mühəndislik və aviasiya texnologiyaları sahəsində ixtisaslaşmış qabaqcıl ali təhsil müəssisələrindən biri olan Beyhan Universitetində (Beihang University) əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlər zamanı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" haqqında ətraflı təqdimat edilib, Proqramın əsas məqsədləri, prioritet istiqamətləri, maliyyələşdirmə mexanizmləri və indiyədək əldə olunmuş nəticələr barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq həyata keçirilən Dövlət Proqramı ölkənin yüksəkixtisaslı mütəxəssis potensialının gücləndirilməsinə, gənclərin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarına çıxışının genişləndirilməsinə və xaricdə qazanılan bilik və təcrübənin Azərbaycanın sosial-iqtisadi inkişafına yönəldilməsinə xidmət edir.

Müzakirələrdə Azərbaycan və Çin arasında təhsil sahəsində mövcud əlaqələrin inkişaf etdirilməsi, xüsusilə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Dövlət Proqramı çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində olub. Bu istiqamətdə azərbaycanlı gənclərin Çinin qabaqcıl universitetlərində Dövlət Proqramının prioritet ixtisas istiqamətləri üzrə seçim imkanlarının genişləndirilməsi, həmçinin Azərbaycan və Çinin ali təhsil müəssisələri arasında birgə ikili diplom proqramlarının yaradılması, institusional əməkdaşlığın genişləndirilməsi və tələbələr üçün beynəlxalq təhsil imkanlarının artırılması perspektivləri nəzərdən keçirilib.

Görüşlərin digər əsas istiqamətini Dövlət Proqramı iştirakçılarının akademik və peşəkar inkişafının dəstəklənməsi təşkil edib. Tələbələrin universitetlərin təqdim etdiyi təhsil, tədqiqat və praktiki təcrübə imkanlarından daha səmərəli yararlanması, onların akademik mühitə inteqrasiyasının asanlaşdırılması və mövcud dəstək mexanizmləri barədə məlumatlılığının artırılması məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, təhsil müddətində yarana biləcək ehtiyacların vaxtında müəyyənləşdirilməsi və müvafiq tərəflər arasında əlaqələndirmənin gücləndirilməsi imkanları müzakirə olunub.

Əməkdaşlığın davamlılığının təmin edilməsi baxımından məzunlarla əlaqələrin inkişaf etdirilməsinə də xüsusi diqqət ayrılıb. Çinin ali təhsil müəssisələrində təhsil almış Dövlət Proqramı məzunları ilə əlaqələrin möhkəmləndirilməsi, onların peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə universitetlər, tələbələr və məzunlar arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin təşviqinin əhəmiyyəti vurğulanıb.

İşgüzar səfər çərçivəsində Qədir Xəlilov Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovla da görüşüb. Görüşdə Dövlət Proqramının icrası istiqamətində görülən işlər, beynəlxalq universitetlərlə qurulan tərəfdaşlıqlar və Çin ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf perspektivləri barədə məlumat verilib.

Həmçinin Azərbaycan və Çin arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsində diplomatik nümayəndəliyin rolu, azərbaycanlı tələbələrin yerli akademik mühitə inteqrasiyasına dəstək göstərilməsi və onların təhsil müddətində qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin universitetlərlə əlaqələrin inkişaf etdirilməsi, tələbə və məzunlarla davamlı kommunikasiyanın təmin olunması, eləcə də birgə təşəbbüslərin təşviqi istiqamətində fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, Dövlət Proqramı İdarəetmə Qrupunun beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirdiyi bu kimi görüşlər azərbaycanlı gənclər üçün yeni akademik və peşəkar inkişaf imkanlarının yaradılmasına, dünyanın aparıcı ali təhsil müəssisələri ilə davamlı əməkdaşlıq əlaqələrinin formalaşdırılmasına və Azərbaycan ilə Çin arasında təhsil sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Asyat Abdurahmanova

Xəbər Lenti

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20
RFO ilə bağlı ən çox verilən SUALLAR VƏ CAVABLAR04.11.2026 - 13:18
Mingəçevir Dövlət Universitetində elmi karyeraya dəstək04.11.2026 - 13:15
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 13:12
Sabah rayon ərazilərinə dolu düşəcək04.11.2026 - 13:11
Universitet məzunları iş tapa bilmir: UNESCO-dan hesabat04.11.2026 - 13:09
Təhsil xərclərinin artırılmasına çalışacağıq04.11.2026 - 13:04
Şagirdlərin elektron yerdəyişməsi başlayır04.11.2026 - 13:03
Bayram günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq04.11.2026 - 13:02
953 uşaq ailəsinə qaytarılıb04.11.2026 - 12:39
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək 04.11.2026 - 12:38
DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək04.11.2026 - 12:36
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər 04.11.2026 - 12:35
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib04.11.2026 - 12:33
Kollec tələbəsi bıçaqlandı04.11.2026 - 12:32
"Bir Cənub Şəhərində" Festivalı baş tutub04.11.2026 - 12:29
ABŞ-də aralıq seçkiləri: AI data mərkəzlərinə qarşı etirazlar Demokratların mənafeyinə xidmət edir04.11.2026 - 12:22
FIFA U-15 dünya çempionatında hakimliyin təşkilinə görə AFFA-ya təşəkkür edib04.11.2026 - 12:19
Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib04.11.2026 - 12:16
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 11:56
"Mənim Qəhrəmanım" adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib 04.11.2026 - 11:53
İstanbulda altıncı "Korkut Ata" Türk Dünyası Film Festivalının açılışı olub04.11.2026 - 11:50
İstanbulda Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi nümayiş olunub04.11.2026 - 11:47
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib04.11.2026 - 11:44
Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb04.11.2026 - 11:41
UNEC-in əməkdaşı ali təhsil üzrə beynəlxalq ekspertlər siyahısına daxil edilib04.11.2026 - 11:38
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 11:35
Vüsal Kərimli: "Müasir təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə yalnız bilik vermək deyil, həm də həmin biliklərdən müstəqil şəkildə istifadə etmək bacarığı formalaşdırmaqdır."04.11.2026 - 10:21
Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub04.11.2026 - 09:21
Sabahın hava proqnozu açıqlanıb04.11.2026 - 08:59