Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim Zəfərim” adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Kitabxanadan bildirilib ki, tədbirdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) şagirdləri iştirak ediblər.
Tədbir zamanı iştirakçılara Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və həmrəyliyi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, əldə olunan tarixi Qələbə xalqımızın çoxəsrlik mübarizə tarixinin ən şanlı səhifələrindən biridir.
Daha sonra şagirdlər üçün ustad dərsi təşkil olunub. Yaradıcı fəaliyyət zamanı uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirərək Zəfər Gününə həsr olunmuş əl işləri hazırlayıblar.

