“İnternet məkanda müxtəlif adlarla maskalanan dələduzlar tərəfindən vətəndaşların aldadılıb şəxsi və bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olur”
Bu sözləri “Tehsil365” müsahibəsində DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli bildirib.
İnternet üzərindən aldadılan vətəndaş ilk növbədə hansı addımları atmalıdır?
“Belə hallarda vətəndaşlardan kartın üzərindəki 16 rəqəmli kod, CVV, 3D təhlükəsizlik və SMS təsdiq kodları tələb edilir. Bu məlumatların əldə olunması ilə kart hesablarından vəsaitlərin oğurlanması da mümkün olur. Bu tip cinayət halları, əsasən, naməlum nömrələrdən daxil olan zəng və mesajlar, həmçinin saxta saytlar və platformalar vasitəsilə törədilir.
Bir daha vətəndaşlara müraciət edirik ki, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin, kimliyindən əmin olmadığınız şəxslərə onlayn ödəniş etməyin.”

