Azərbaycan Dillər Universitetində doktorantlar üçün elmi tədqiqat metodlarına həsr olunan müzakirə keçirilib.
“Tehsil365” xəbər verir ki, noyabrın 4-də keçirilən tədbirdə doktorantların elmi araşdırma prosesində istifadə etdikləri metodlar, tədqiqatların düzgün planlaşdırılması və akademik yanaşmalar diqqət mərkəzində olub.
Görüş zamanı elmi işlərin hazırlanmasında metodoloji prinsiplərin qorunmasının, tədqiqat suallarının düzgün müəyyənləşdirilməsinin və elmi nəticələrin əsaslandırılmasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, elmi tədqiqat metodlarının mənimsənilməsi doktorantların akademik fəaliyyətinin və elmi işlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

