Bakı -Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.
“Tehsil365” bakupost.az-a istinadən xəbər verir ki, hadisə kollecin “Gənclik korpusu”nun həyətində qeydə alınıb.
Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.
Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

