AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2026-cı ildə üçüncü sayı nəşr olunub.
“Tehsil365” science.gov.az a istinadən xəbər verir ki, Yeni sayda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Dünya elminin, Türk dünyasının və Azərbaycanın Əziz Səncəri”, Fuad Əliyev və Aynurə Həsənovanın “Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi: istiqlalımızın memarlıq zəfəri”, Coşqun Məmmədovun “Orta dəhliz: Azərbaycanın artan tranzit gücü”, Səbuhi Qəhrəmanovun “İnformasiya və biliyə xidmət edən ömür”, Afaq Ramazanovanın “Birinci Türkoloji Qurultayın 100 illiyi kontekstində Altayşünaslıq: folklorşünaslıq baxımından problemlər və perspektivlər”, Orxan İsayevin “Türkmanların Suriyada yerləşməsi və türkman yurdları”, Əzizağa Nəcəfzadənin “Qasim bəy Zakir və Şuşa”, Gülnar Qasımlının “65 yaşlı “Elm və həyat” jurnalında ədəbiyyatın yeri”, İlqar Niftəliyevin “Bakıda ermənilərin məskunlaşdırılması və şəhərin etnik tərkibinin dəyişməsi (XIX əsr - XX əsrin əvvəlləri)”, İlhami Cəfərsoyun “Prototürk Bizans dövləti” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, Yaşar Rəhimovun “Əcəmi Naxçıvaninin ilk məlum abidəsi - Yusif Küseyir oğlu türbəsi”, Rizvan Qarabağlının “Müasir şəhərsalma və memarlıqda klassik ənənə və modernləşmə”, Samirə Mir-Bağırzadənin “Qədim dövr və orta əsrlər memarlıq və incəsənətin qısa tarixi”, Qorxmaz Əlilicanzadənin “Azərbaycan musiqisində aranjiman problemi”, Lütviyyə Əsgərzadənin “Əbdülkərim ağa Qayıbovun “İslam təqvimi”nin riyazi metodologiyası”, Təranə Tağı-zadənin “Azərbaycan pediatriyasının memarı”, Şahvələd Əliyevin “Samux rayonunun mədəni irsi, turizm-rekreasiya ehtiyatları, onlardan səmərəli istifadə yolları və toponimləri”, Akif Məmmədli və Həbib Ramazanzadənin “Azərbaycanda yaşayan avarlar: mədəniyyəti, adət-ənənələri”, Sadıx Nəbiyevin “Azərbaycan haqqında ilk turizm reklam nəşrləri” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərsiniz.

