Noyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasında Dünya ədəbiyyatı ixtisasının doktorantları üçün elmi seminar keçirilib. Seminarda kafedranın doktorantları və müəllim heyəti iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Rəhimovanın “Ədəbi tənqidin poetikası” mövzusunda məruzəsi dinlənilib.
Seminar çərçivəsində ədəbi tənqidin tarixi inkişaf mərhələləri, onun nəzəri və metodoloji əsasları, eləcə də poetik xüsusiyyətləri ətrafında geniş müzakirələr aparılıb. Məruzədə Aristoteldən başlayaraq müxtəlif dövrlərdə ədəbi tənqid və estetik fikrin inkişafına töhfə vermiş görkəmli nəzəriyyəçilərin yanaşmaları tarixi ardıcıllıqla təqdim olunub. Həmçinin ədəbi tənqidin formalaşmasında əsas nəzəri istiqamətlərin və tənqid metodlarının rolu diqqətə çatdırılıb.

