Təhsil 365 - Logo Mobile

Rektor Avropa dilləri kafedrasında

2804.11.2026 - 18:48
Rektor Avropa dilləri kafedrasında

Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Avropa dilləri kafedrasının kollektivi ilə görüş keçirib.

“Tehsil365” xəbər verir ki, görüşdə Rektorun müşaviri Coşqun Dadaşov, Tədris Məsələləri üzrə prorektor, dosent Şəfəq Şahməmmədova, Elm və İnnovasiya məsələləri üzrə prorektor, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva, Beynəlxalq Əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova, İnsan resursları şöbəsinin müdiri Məmməd İsmayılov, Maddi-Texniki və Maliyyə Məsələləri üzrə müşavir Nuşabə Tanrıverdiyeva, eləcə də Avropa dilləri kafedrasının müdiri, dosent Şəmsinur Aslanova, kafedranın əməkdaşı, İngilis və alman dilləri fakültəsinin dekanı, dosent Naibə Camalzadə, Təhsildə Xarici dillər kafedrasının müdiri, dosent Həqiqət Hacıyeva və kafedranın professor-müəllim heyəti iştirak ediblər.

Görüşün əsas məqsədi kafedranın fəaliyyəti, əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri ilə tanış olmaq, əməkdaşların təklif və təşəbbüslərini dinləmək, həmçinin mövcud məsələlər ətrafında fikir mübadiləsi aparmaq olub.

Kafedranın müdiri, dosent Şəmsinur Aslanova çıxışında kafedranın əsas fəaliyyət istiqamətləri, elmi-pedaqoji potensialı, tədris-metodiki fəaliyyəti və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, kafedranın illik fəaliyyət planına uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin dil biliklərinin və kommunikativ bacarıqlarının inkişaf etdirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Bildirilib ki, kafedranın əməkdaşları elmi-tədqiqat fəaliyyətini ardıcıl şəkildə davam etdirir, tədqiqat nəticələrini yerli və beynəlxalq elmi jurnallarda dərc etdirir, respublika və beynəlxalq səviyyəli elmi konfranslarda fəal iştirak edirlər. Bununla yanaşı, kafedrada elmi-maarifləndirici tədbirlər, seminarlar, tələbə müsabiqələri və müxtəlif akademik təşəbbüslər həyata keçirilir.

Tədris Məsələləri üzrə prorektor, dosent Şəfəq Şahməmmədova çıxışında tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi və kafedranın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Dosent Şaban Şabanov da çıxışında kafedranın elmi-pedaqoji fəaliyyətinin inkişafı, akademik potensialın gücləndirilməsi və tədris prosesində innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı kafedranın gələcək fəaliyyət istiqamətləri, elmi potensialının daha da gücləndirilməsi, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və tədris prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi ətrafında müzakirələr aparılıb. Kollektiv üzvləri öz təklif və təşəbbüslərini səsləndirərək onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Universitetin rektoru, akademik Kamal Abdulla çıxışında kafedranın fəaliyyətinin daha da inkişaf etdirilməsinin, elmi və tədris istiqamətlərində yeni təşəbbüslərin həyata keçirilməsinin, əməkdaşların peşəkar potensialından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. O, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin inkişafı istiqamətində kafedraların rolunu xüsusi qeyd edib.

Fidan Abışova

Xəbər Lenti

NDU-da yeni dərslik təqdimatı04.11.2026 - 19:07
NDU-da şəhid idmançılara monoqrafiya04.11.2026 - 19:02
ADU-da Orhun tələbələri ilə görüş04.11.2026 - 18:45
ADU-da elmi seminar keçirilib04.11.2026 - 18:38
ADNSU-da “Avia Talks” davam edir04.11.2026 - 18:32
ADNSU tələbələri beynəlxalq olimpiadada04.11.2026 - 18:27
ADNSU-da “Zəfər Kuboku 2026” futbol turniri keçirilib04.11.2026 - 18:24
ADNSU-da Məzun-tələbə mentorluq proqramının birinci mərhələsi başa çatıb04.11.2026 - 18:18
“Elm və həyat” elmi jurnalının növbəti sayı təqdim olundu04.11.2026 - 17:49
AMEA-da “Ədəbi proses – 2025” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib04.11.2026 - 17:42
Sumqayıt Dövlət Universitetində hüquq və tibb ixtisasları açıla bilər04.11.2026 - 17:34
Biologiya dərsliklərinə nanotexnologiya və müasir biotexnologiya mövzuları daxil edilib04.11.2026 - 17:34
AMEA-da dünya şöhrətli fotoqraf Reza Deqatinin kitablarının təqdimatı keçirilib04.11.2026 - 17:30
Qazaxıstanlı alimlər üçün Azərbaycanda təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 17:29
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilƏcək04.11.2026 - 17:27
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək04.11.2026 - 17:20
Qərbi Kaspi Universitetində tədqiqatın beynəlmiləlləşməsinə həsr olunmuş beynəlxalq simpozium keçirilib04.11.2026 - 17:18
150 məktəbə şagird sayına görə maliyyə ayrılacaq04.11.2026 - 17:15
Bakıda tələbə bıçaqlandı – Saxlanılan var04.11.2026 - 17:10
ADU-nun daha bir əməkdaşına dosent elmi adı verilib04.11.2026 - 17:10
Bu universitetdə müəllimlərin maaşı artırıldı04.11.2026 - 17:06
ADU-nun doktorantları üçün elmi tədqiqat metodları müzakirə olunub04.11.2026 - 17:05
Prezidentin adından saxta fikirlər yayılır – Media və Yayım Şurası04.11.2026 - 17:00
Müəllimlərin maaşına verilən 10 və 35 faizlik əlavələr dəyişə bilər04.11.2026 - 17:00
Bağça müəllimlərinin peşəkarlığı 4 istiqamət üzrə qiymətləndiriləcək04.11.2026 - 16:50
Universitetlərdə süni intellekt dövrünün yeni təhlükələri müzakirə olunub04.11.2026 - 16:40
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır04.11.2026 - 16:30
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli: "Şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin"04.11.2026 - 16:03
Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub04.11.2026 - 15:22
Rasif Bağırov: “Sosial şəbəkələrdə həkim adı ilə verilən məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır”04.11.2026 - 15:19
Azərbaycan İstanbulda “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunur04.11.2026 - 14:57
Zəfər tariximiz – qürur salnaməmiz04.11.2026 - 14:55
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub04.11.2026 - 14:52
Bursada Azərbaycanın Zəfər Gününə həsr olunan sərgi açılıb04.11.2026 - 14:50
Azərbaycan mətbəxinə dair kitab Bosniya və Herseqovinada boşnak dilində çap olunub04.11.2026 - 14:44
Uşaqların Zəfər Gününə töhfəsi: “Mənim Zəfərim”04.11.2026 - 14:41
Təhsil kreditlərinin 69 faizi bakalavrların payına düşüb04.11.2026 - 14:37
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur04.11.2026 - 14:34
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq04.11.2026 - 14:32
150 məktəbə şagird sayına görə pul ayrılacaq04.11.2026 - 14:30
DP İdarəetmə Qrupu Çinin aparıcı universitetlərində görüşlər keçirib04.11.2026 - 14:28
Müəllimlərin işə qəbul qaydaları dəyişə bilər04.11.2026 - 14:24
Azərbaycan Universitetində qazaxıstanlı alimlər üçün təkmilləşdirmə kursu təşkil edilib04.11.2026 - 14:20
MİQ-də ehtiyatda qalan namizədlərə şans04.11.2026 - 13:57
Küləklə bağlı xəbərdarlıq edilib04.11.2026 - 13:56
Noyabrın 9-a qədər yağış yağacaq04.11.2026 - 13:23
Tələbə kreditinə ən çox bakalavrlar üz tutur 04.11.2026 - 13:20