Təhsil 365 - Logo Mobile

“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

3822.12.2023 - 17:45
“Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı olub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.

Muzeydən "Təhsil365"ə bildirilib ki, tədbirdə çıxış edən Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov bu jurnalın ayrı-ayrı nömrələrinin təqdimatının ənənəyə çevrildiyini söyləyib.

Akademik bildirib ki, dahi Nizami Gəncəvinin əsrlərdən bəri davam edən “Xəmsə”çilik ənənəsi fərqli formatda Ədəbiyyat Muzeyində də özünü göstərir. Bu ənənənin davamı olaraq 2004-cü ildən Ədəbiyyat Muzeyinin “Beşlik” - “Qaynaq” mənbələr toplusu, “Şərq” tərcümə toplusu, “Risalə” elmi araşdırmalar jurnalı, “Xəzinə” kataloqlar toplusu, “Məclis” mərasimlər toplusu nəşr edilir. Bu toplulardan biri olan “Risalə” elmi araşdırmalar jurnalında ədəbiyyatşünaslıq və muzeyşünaslıq üzrə elmi məqalələr, müxtəlif araşdırmalar yer alır. Ədəbiyyatın müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı jurnalda muzey əməkdaşlarının, gənc alim və tədqiqatçıların əsərləri elmi ictimaiyyətə təqdim olunur. “Risalə” elmi araşdırmalar jurnalı ən sanballı elmi araşdırma və məcmuələrdən biridir”, - deyən R.Hüseynov jurnalın filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirib. Akademik qeyd edib ki, jurnalın beynəlxalq statusu istiqamətində də bir sıra irəliləyişlər olub. Toplunun çox böyük redaksiya heyətində Azərbaycanla yanaşı, Avropa və Amerikadan da tanınmış alimlər təmsil olunur.

Rafael Hüseynov məqalə müəlliflərini təbrik edərək, onlara “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələrini təqdim edib.

Jurnalın bu nömrələrində akademik Rafael Hüseynovun, muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların klassik və müasir dünya, eləcə də Azərbaycan ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, folklorşünaslıq, mətnşünaslıq sahələrindəki araşdırmaları, həmçinin muzeyşünaslıq elminin problemlərini işıqlandıran məqalələr dərc edilib.

Qeyd edək ki, yeni saylarda dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktuallıq kəsb edən ciddi problemləri ilə yanaşı, müasir ədəbiyyat və mədəniyyətin müəyyən aktual məsələlərini əhatə etməklə “Klassik irs: tarixi və nəzəri problemləri”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi və mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq” bölmələrindən ibarətdir. “Risalə” elmi araşdırmalar jurnalı 2018-ci ildən EBSCO beynəlxalq elektron məlumat bazasına daxil edilib. Jurnalın müstəqil saytı olduğu üçün jurnal iki beynəlxalq standart seriya nömrəsi (İSSN) ilə - çap və elektron formatda fəaliyyət göstərir. 2023-cü ildən etibarən jurnalda çap olunan nömrələrə ayrı-ayrılıqda Rəqəmsal Obyekt İdentifikatoru (DOİ) verilib və hər iki nömrəsi üzrə məqalələr “Crossref Metadata”sında yerləşdiriləcək.

Aydan Ələkbərova

Xəbər Lenti

SDU Moskva Dövlət Universiteti ilə birgə tədqiqatlar aparacaq - FOTO28.09.2024 - 16:50
BDU tələbəsi faciəvi şəkildə vəfat etdi - FOTO28.09.2024 - 16:25
İlahiyyatçı: "Tarix dərsıiklərində edilən səhvlər bilə-bilə və istəyərək edilir"28.09.2024 - 16:00
Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib28.09.2024 - 15:30
“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” - FOTO28.09.2024 - 15:00
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib28.09.2024 - 14:40
Prezident rütbələrlə bağlı fərman verdi28.09.2024 - 14:05
Müəllimlər üçün esse müsabiqəsinə start verilib28.09.2024 - 13:40
Çində ilk dəfə azərbaycanşünaslıq üzrə beynəlxalq elmi konfrans keçirilir28.09.2024 - 13:15
Bu gün Xalq artisti Əjdər Həmidovun doğum günüdür28.09.2024 - 12:50
Gürcüstanın təhsil, elm və gənclər naziri istefa verib28.09.2024 - 12:25
Sabahın hava proqnozu açıqlandı28.09.2024 - 12:00
Həmyerlimiz beynəlxalq müsabiqədə qalib olub28.09.2024 - 11:35
Qarabağ Universitetinin rektoru universitetin əsas prioritetlərini açıqlayıb28.09.2024 - 10:55
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər28.09.2024 - 10:20
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR28.09.2024 - 10:00
Bu gün yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür28.09.2024 - 09:40
LDU-da COP 29-la bağlı növbəti tədbir - FOTO28.09.2024 - 09:10
ADNSU-da Anım Günü münasibəti İlə tədbir keçirilib - FOTOLAR28.09.2024 - 08:35
Uşaq cadunun qurbanı oldu: Məktəb rəhbərliyi saxlanıldı - FOTO28.09.2024 - 08:00
Alimlər Yerin bənzərini tapdılar28.09.2024 - 07:40
"Jivitputrika" festivalı zamanı 37 uşaq boğuldu28.09.2024 - 07:25
Yarasalarda ağır viruslar aşkarlandı: Epidemiya qapıdadır28.09.2024 - 06:50
Bu liseydə ilk “Baytar-texniki” ixtisası yaradılıb28.09.2024 - 06:25
İntizam qaydalarına riayət etməyən şagirdlər sinifdən-sinfə keçirilməyəcək28.09.2024 - 06:00
175 nömrəli uşaq bağçasına yeni müdir təyin edilib27.09.2024 - 18:55
İlahiyyat İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib27.09.2024 - 18:20
Azərbaycan nümayəndə heyəti Helsinkidə müəllimlərin peşəkar inkişafı ilə bağlı tədbirdə iştirak edib - FOTO27.09.2024 - 17:50
AzMİU və Vestminster Universiteti arasında ikili diplom proqramı üzrə görüşlər keçirilib - FOTO27.09.2024 - 17:25
Azərbaycanın 30 təhsil işçisi Qazaxıstanda beynəlxalq təlimdə iştirak edib - FOTOLAR27.09.2024 - 17:00
"Beynəlxalq Təhsil İcmalı" adlı bülletenin sentyabr ayına olan sayı təqdim edilib27.09.2024 - 16:40
DİM-in əməkdaşları Zəfər Parkını ziyarət edib - FOTO27.09.2024 - 16:25
UNEC-də şəhid olmuş tələbə və məzunlar üçün guşə yaradılıb - FOTOLAR27.09.2024 - 16:00
Qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb27.09.2024 - 15:40
BDU tələbəsi yol qəzasında öldü27.09.2024 - 15:20
UNEC-də “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib - FOTOLAR27.09.2024 - 15:00
Kolleclərin boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı başlayıb27.09.2024 - 14:40
BMU tələbələri Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar - FOTO27.09.2024 - 14:20
Nazir oktyabrda vətəndaşları qəbul edəcək - SİYAHI 27.09.2024 - 14:00
“Layihələrin idarə olunması” mövzusunda təlim... 27.09.2024 - 13:40
Kimyaçı alimin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib27.09.2024 - 13:20
Şəhidlərin xatirəsi Xocalıda ehtiramla anılıb - FOTO27.09.2024 - 13:00
BMU-da panel-müzakirə keçirilib27.09.2024 - 12:40
Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkında olub - FOTO27.09.2024 - 12:20
"Örnək müəllim"in Anım Gününə həsr etdiyi DƏRSLƏRİ - FOTO27.09.2024 - 12:00
Astronomlar: Soyuq yad planet Yerin gələcəyinə işıq sala bilər27.09.2024 - 11:40
LDU-da 27 Sentyabr-Anım Günündə şəhidlərin xatirəsi yad olunub - fOTO27.09.2024 - 11:20
Buraxılış imtahanlarının proqramı ÇIXDI27.09.2024 - 11:00