Marse Emenin “Cırtdan” hekayəsi səsli farmatda sabah oxucuların istifadəsinə verilib.
Təhsil365 xəbər verir ki, bu barədə “Gözüm ol mənim” kitab klubundan məlumat verilib. Bildirilib ki,
“Marsel Emelin “Cırtdan” hekayəsi səsli formada bir yanvar tarixində “Gözüm ol mənim” kitab klubuna yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir”
Bundan əlavə kitab klubundan yazıçı Marsel Eme haqqında məlumat da verilib.
“Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. “Vuivra” romanının mövzusu da elə Jura əyalətinin bir əfsanəsindən götürülüb.
Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır.
Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə “Adsız küçələr”, 1933-cü ildə “Yaşıl madyan”, 1934-cü ildə “Cırtdan”, 1935-ci ildə “Alçaq ev”, 1936-cı ildə “Surdin dəyirmanı” romanlarını, “Şəkilli quyu” adlı hekayələr kitabıın nəşr etdirib.
40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub. “Divardan keçən adam” (1943), “İnəklər” (1942), “Şagirdlər yolu” (1946), “Paris şərabı” (1947), “Urinus” (1948) və nəhayət tərcüməsi təqdim olunan “Vuivra” (1943) romanı da həmin illərdə yazılıb. “Vuivra”, “Divardan keçən adam” (yaşlı nəslin nümayəndələri bu əsər üzrə çəkilmiş filmi görüblər), “Cırtdan” və başqa bir sıra əsərlərində Marsel Eme fantaziyaya mühüm yer verib. Amma Emenin fantastik əsərlərində həyat reallığı ilə fantaziya yanaşıdır və bir-birini yaxşı tamamlayır.
Marsel Eme dram əsərləri də yazıb (“Lüsyon və qəssab”, “Ay quşları”, “Başqalarının başı” və i.a.). “Çəkməli pişik” nağıllar silsiləsini isə Eme 1934-1958-ci illər arasında yazıb və özünün ifadəsi ilə desək bu nağıllar “dörd yaşdan yetmiş yaşa qədər uşaqlar üçün” yazılıb. Doğrudan da Marsel Eme elə nadir yazıçılardandır ki, əsərlərini böyüklər də, kiçiklər də maraqla oxuyur. Onun populyarlığına misal üçün deyə bilərəm ki, 1994-cü il üçün Fransanın ən böyük ədəbi mükafatını (“Qonkur” mükafatı) almış Didye Van Hover televiziya müsahibəsində bildirdi ki, ən çox sevdiyi yazıçı Marsel Emedir”.
09:00
Marse Emenin “Cırtdan” hekayəsi səsli farmatda sabah oxucuların istifadəsinə veriləcək.
Təhsil365 xəbər verir ki, bu barədə “Gözüm ol mənim” kitab klubundan məlumat verilib. Bildirilib ki,
“Marsel Emenin “Cırtdan” hekayəsini Tavat Misirxanova, səs montajı Məhərrəm Şahverdi, foto və video montaj isə Nicat Qurbanova aiddir. Qeyd etmək olar ki, “Cırtdan” hekayəsi 2024-cü ildə youtube üzərində fəaliyyət göstərən “Gözüm ol mənim” kitab klubuna yerləşdirilən ilk səsli hekayə olacaqdır”.