Təhsil 365 - Logo Mobile

BDU Elmi Kitabxanası məlumat bazalarından uzaq məsafədən istifadə imkanı təqdim edir

5808.01.2024 - 14:30
BDU Elmi Kitabxanası məlumat bazalarından uzaq məsafədən istifadə imkanı təqdim edir

Bakı Dövlət Universiteti (BDU) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tədqiqatçıları üçün EBSCOHost platformasının 10 məlumat bazasından uzaq məsafədən istifadə imkanı təqdim edir.

Bu barədə "Təhsil365"ə BDU-dan məlumat verilib.

Qış imtahan sessiyası dövründə elmi araşdırmalar üçün bu məlumat bazalarına əlçatanlıq fevralın 29-dək yalnız universitet daxilindən deyil, istənilən yerdən mümkündür.

Məlumat bazalarından uzaq məsafədən istifadə üçün universitetin rəsmi səhifəsinə keçid edin.

İstənilən məsafədən əlçatanlığı təmin olunan məlumat bazaları aşağıdakılardır:

1. Academic Search Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, biologiya, biotexnologiya, bioinformatika, coğrafiya, geologiya, fizika, riyaziyyat, mexanika, informasiya texnologiyaları, tarix, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, idarəetmə, dilçilik, fəlsəfə, psixologiya, dünya ədəbiyyatı, regionşünaslıq kimi yüzlərlə bilik sahəsini əhatə edir. Kolleksiyaya daxil olan 2000-dən çox tammətnli jurnaldan 1700-ü “Web of Science” və “Scopus” məlumat bazalarında indeksləşdirilir.

2. Business Source Premier – Tammətnli ixtisaslaşdırılmış məlumat bazasıdır, bura iqtisadiyyat, biznes, menecment, maliyyə, mühasibatlıq, innovativ sahibkarlıq sahəsinə dair jurnallar, monoqrafiyalar, konfrans topluları, hökumət sənədləri, analitik hesabatlar, maliyyə icmalları və videomateriallar daxildir.

3. MasterFile Premier – Tammətnli multidisiplinar məlumat bazasıdır, sosial sfera, biznesin inkişafı, səhiyyə, təhsil və mədəniyyətə dair monoqrafiya, ensiklopedik nəşrlər, ilkin mənbələr, fotoşəkillər, xəritələr və s. özündə ehtiva edir.

4. Newspaper Source və Regional Business News – Qəzetlər, almanaxlar və tammətnli xəbər nəşrlərinin məlumat bazasıdır.

5. MEDLINE – Tibb və biologiya sahəsinə aid yüzlərlə elmi jurnalın məqalələrinin xülasəsini, fundamental və klinik tibbin bütün aspektlərini: mamalıq, kardiologiya və stomatologiya, cərrahiyyə və s. mövzulara dair elmi məqalələri özündə əks etdirən biblioqrafik məlumat bazasıdır.

6. Health Source: Nursing/Academic Edition – Tibb və tibbi mövzular, o cümlədən psixi sağlamlıq, reanimasiya, tibbi hüquq və s. haqqında mövzu göstəricilərini, xülasələri və tammətnli məqalələri ehtiva edən məlumat bazasıdır.

7. Health Source: Consumer Edition – Jurnalların, soraq nəşrlərinin, tibb və sağlamlıq lüğətlərinin (Amerika Fitness Better Nutrition, Fit Pregnancy, Harvard Health Letter, Muscle&Fitness, Vegetarian Times kimi populyar mənbələr də daxil olmaqla) tammətnli məlumat bazasıdır.

8. ERIC (Education Resources Information Center) – Təhsil sahəsinə dair jurnallar, kitablar, konfrans materialları, elmi işlər, təhsil proqramları və direktiv sənədləri əhatə edən tammətnli məlumat bazasıdır.

9. Library, Information Science & Technology Abstracts (LISTA) – Kitabxana işi, bibliometriya, kataloqlaşdırma, təsnifat, elektron kitabxanalar, informasiya massivlərinin emalı və digər əlaqəli mövzular üzrə referativ məlumat bazasıdır.

10. GreenFILE - İnsanın ətraf mühitə təsirinin bütün aspektlərini əhatə edən bu kolleksiyaya iqlim dəyişikliyi məsələləri, kənd təsərrüfatının davamlı inkişafı, bərpa olunan enerji mənbələri, tullantıların emalı və s. mövzular üzrə materiallar daxildir. GreenFİLE məlumat bazası 1,1 milyondan çox məqalə üçün indeksləşdirilmiş xülasələri özündə ehtiva edir.

Elmina Muxtarlı

Xəbər Lenti

15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək03.04.2026 - 19:58
Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44
Sertifikatlaşdırma ilə bağlı görüşlər keçirilib03.04.2026 - 18:40
Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb03.04.2026 - 18:36
Azərbaycanlı şagird Stanford Universitetinə qəbul olub03.04.2026 - 18:32
Güclü külək Qazaxda məktəb binasına zərər vurdu03.04.2026 - 18:30
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:24
Nazir Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb03.04.2026 - 18:21
AzMİU-da universitet–sənaye əməkdaşlığının genişləndirilməsi müzakirə edilib03.04.2026 - 18:20
“Əbədiyyətin nişanələri: Türk dünyası rəmzlərdə” sənədli filminin ilk bölümü yayımlanıb03.04.2026 - 18:16
Kənan Kərimzadə: 400-ə yaxın məktəbin təmirə və ya yenidən tikilməyə ehtiyacı var03.04.2026 - 18:10
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq03.04.2026 - 18:08
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub03.04.2026 - 18:02
281 müəllim peşə təhsili üzrə beynəlxalq təlimə cəlb olunub03.04.2026 - 18:00
“Tarixi Filmlər Reallığı Dəqiq Əks Etdirmir" – Tarix Elmlər Doktoru, professor İradə Bağırova Açıqladı03.04.2026 - 17:55
“Sabahın alimləri” müsabiqəsinin qalibi Stanford Universitetinə qəbul olub03.04.2026 - 17:55
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirdi03.04.2026 - 17:54
Ən gənc tələbənin 13, ən yaşlının 78 yaşı var - Peşə təhsilində yaş müxtəlifliyi03.04.2026 - 17:50
Elçin Süleymanov: “Universitetlərdə ingilis dili mühitinin yaradılması vacibdir”03.04.2026 - 17:49
Şərqşünaslıq İnstitutunda çalışmış alimlər elmi məktəblər yaradıblar03.04.2026 - 17:48
Fazil Mustafa: Gənclərin sosial dəstəyi praktik mexanizmlərlə gücləndirilməlidir03.04.2026 - 17:47
Azərbaycanlı tələbələr ABŞ-də süni intellekt əsaslı qeydiyyat sistemi yaradıblar03.04.2026 - 17:45
Esmira İbrahimova: “Xarici təhsil modellərindən bəzi nümunələr Azərbaycanda tətbiq oluna bilər”03.04.2026 - 17:45
Şərqşünas-alim: Suni intellekt şumer mətnlərinin öyrənilməsi işini asanlaşdırır03.04.2026 - 17:42
Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb03.04.2026 - 17:40
Dövlət sifarişi ilə peşə təhsili alanların sayı artıb – STATİSTİKA03.04.2026 - 17:40
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tələbə yataqxanası istifadəyə veriləcək03.04.2026 - 17:35
Patent müvəkkilliyinə namizədlər aprelin 12-də imtahan verəcəklər03.04.2026 - 17:34
Peşə təhsilində qadınlar daha çox bu ixtisası seçirlər03.04.2026 - 17:30
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı layihəsi təkmilləşdiriləcək03.04.2026 - 17:26