Təhsil 365 - Logo Mobile

Əlyazmalar İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub - FOTO

4720.01.2024 - 07:50
Əlyazmalar İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub - FOTO

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar – xalqımızın şanlı tarix səhifəsi” adlı vətənpərvərlik ruhunda tədbir keçirilib.

İnstitutdan "Təhsil365"ə bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu söyləyib. Azərbaycan xalqının şəhid adına daim ehtiramla yanaşdığını vurğulayan alim çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanların göstərdiyi yenilməzlik, qəhrəmanlıq, vətənə, torpağa sədaqəti, müstəqillik və azadlıq uğrunda mübarizəsindən, qəhrəmanlığından söz açıb, faciə qurbanlarının, şəhidlərin heç bir zaman unudulmayacağını bildirib.

Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı və Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova məruzələrində 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə ediblər. Çıxış edənlər 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib, şəhidlərə həsr olunan şeirlərdən nümunələr səsləndiriblər.

Anım mərasimində institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov və professor Tahirə Həsənzadə çıxış edərək qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq salnaməsi kimi həkk olunan 20 Yanvar tarixinin Azərbaycanın istiqlalı yolunda müstəqillik əzmimizin, milli kimliyimizin dünyaya bəyan edilməsinin başlanğıcı olduğunu qeyd ediblər. Çıxış edənlər gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan, düşmən üzərində əldə olunan mütləq qələbədən sonra maarifləndirmə işinin daha da ciddi aparılması istiqamətində üzərinə düşən vəzifələrdən söz açıblar.

Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının hazırladığı “Müstəqilliyə aparan yol” adlı kitab sərgisi ilə tanış olublar.

Aydan Ələkbərova

Xəbər Lenti

“Yüksəliş” müsabiqəsinin analitik təhlil imtahanının nəticələri açıqlandı22.05.2025 - 08:00
BSU H-indeks göstəricilərində 10 pillə irəliləyib22.05.2025 - 07:50
AzTU-da CTF yarışı keçirilib22.05.2025 - 07:40
ADPU-da “STEAM Hesabat sərgisi” keçirilib - FOTO22.05.2025 - 07:30
ADNSU Malatya Turgut Özal Universiteti ilə əməkdaşlıq edəcək - FOTO22.05.2025 - 07:20
Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı22.05.2025 - 07:10
Azərbaycan dili fənni üzrə ikinci imtahan keçiriləcək22.05.2025 - 06:56
Müəllimlər üçün beynəlxalq sertifikasiya təlimləri başlayıb22.05.2025 - 06:45
DİM bu şəxslərə təlim keçir22.05.2025 - 06:34
Xəzər dənizində zəlzələ olub22.05.2025 - 06:23
Bu gün MİQ-ə qeydiyyat BAŞLAYIR22.05.2025 - 06:13
İşdən çıxarılmadığını deyən məktəb direktoru barədə tədbirlər görüləcək22.05.2025 - 06:02
Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb21.05.2025 - 16:59
Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb21.05.2025 - 16:47
Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər - FOTO21.05.2025 - 16:32
AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziya universitetlərində olub - FOTO21.05.2025 - 16:21
Rektor: BDU Çinin nüfuzlu universitetləri ilə daha sıx əlaqələrin qurulmasında maraqlıdır21.05.2025 - 16:11
“Kürəkçay müqaviləsi – 220” mövzusunda dəyirmi masa keçirilib21.05.2025 - 16:00
BDU-da “Qardaşlıq” adlı konsert proqramı təqdim edilib21.05.2025 - 15:50
Şərqşünaslıq İnstitutunun yeni nəşri: “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”21.05.2025 - 15:40
Çaldıran tarixin ibrət dərsidir! - Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ21.05.2025 - 15:30
BANM-in komandası “PASHA Hackathon 5.0” yarışında üçüncü yeri tutub21.05.2025 - 15:20
Rəqəmsal Çağda Media və Təhsil21.05.2025 - 15:10
Aşqarlar Kimyası İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib - FOTO21.05.2025 - 15:00
BANM nümayəndələri Daşkənddə keçirilən Beynəlxalq Energetika Forumunda iştirak ediblər - FOTO21.05.2025 - 14:50
AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib21.05.2025 - 14:40
LDU kollektivi “Arşın mal alan”a yeni quruluşda tamaşa edib - FOTO21.05.2025 - 14:30
DİM:“Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim 21.05.2025 - 14:20
LDU-da hüquqi mövzuda maarifləndirici tədbir keçirilib - FOTO21.05.2025 - 14:10
BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib - FOTO21.05.2025 - 13:59
16 yaşlı qızla evlənən kişi cinayət məsuliyyətinə cəlb edilib21.05.2025 - 13:47
NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib - FOTO21.05.2025 - 13:35
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub21.05.2025 - 13:22
Qarabağ Universitetinin Klinikası vakansiya elan edir21.05.2025 - 13:10
AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib - FOTO21.05.2025 - 12:56
BŞTİ-də yeni kadr təyinatı olub21.05.2025 - 12:44
1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ21.05.2025 - 12:32
Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb21.05.2025 - 12:21
DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib21.05.2025 - 12:11
Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb21.05.2025 - 12:00
STEAM resurslarından ibarət sənəd hazırlanıb21.05.2025 - 11:50
Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib - FOTO21.05.2025 - 11:40
Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək21.05.2025 - 11:30
MDU-da “Davamlı inkişaf və insan hüquqları: gənclərin rolu” mövzusunda seminar baş tutub - FOTO21.05.2025 - 11:20
Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır21.05.2025 - 11:10
Şirvan-Salyan Regional Təhsil İdarəsinə YENİ TƏYİNAT21.05.2025 - 11:00
PMS imtahanı materiallarının işlənilməsi ilə bağlı təlim keçirilib21.05.2025 - 10:50
DİM bu şəxslərə müraciət edib21.05.2025 - 10:40