Təhsil 365 - Logo Mobile

Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib

3521.01.2024 - 16:35
Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə "Təhsil365"ə institutdan bildirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev çıxış edərək 20 Yanvar faciəsindən danışıb. İ.Niftəliyev bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı şərəfli bir tarixdir. 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Gənclərimiz tarixi həqiqətləri bilməli, yaxın tariximiz öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Sonra Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor İkram Ağasiyev “20 Yanvar - tariximizin qəhramanlıq səhifəsi” adlı məruzə ilə çıxış edərək qeyd edib ki, 1990-cı il yanvarın 20-də SSRİ Ali Soveti Rəyasət Heyəti “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Fərman Azərbaycan xalqından gizlədildi. Yanvarın 19-da saat 20:00-da televiziya verilişləri stansiyasının enerji bloku partladıldı və xalq bu barədə məlumat ala bilmədi.

Yanvarın 19-dan 20-nə keçən gecə hər tərəfdən Sovet ordusunun hücumu başlandı. Əməliyyata SSRİ Müdafiə naziri D.Yazov başçılıq edirdi. Silahsız adamlara atəş açıldı, onları döyüş maşını ilə amansızcasına əzdilər. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Bu qanlı hadisə Azərbaycan xalqının tarixinə “Qanlı yanvar” günü kimi daxil oldu. Xalqın azadlıq mübarizəsinə, 20 Yanvar qətliamına mədəniyyət xadimləri öz əsərləri ilə ciddi reaksiya verdilər. Azərbaycan poeziyasının görkəmli siması olan Xəlil Rza Ulutürk ömrü boyu azadlıq və müstəqillik uğrunda mübarizəyə sadiq qalmış, şeirlərini silaha çevirmişdir. O, “Davam edir 37” və “Zindan” adlı silsilə şeirlərinə görə M.F.Axundov mükafatına layiq görüldü. Bu dövrdə B.Vahabzadə, M.Dilbazi, N.Xəzri, M.Araz xalqın mənəvi aləmi ilə bağlı əsərlər yaratdılar. B.Vahabzadə “Şəhidlər” poemasında xalqı mətinliyə, birliyə çağırırdı.

Daha sonra tarix üzrə fəlsəfə doktorları Əzizə Nəzərli “1920-ci ilin apreli – 1990-cı ilin yanvarı: tarixi paralellər”, Aypara Rüstəmova “20 Yanvar xatirələrdə”, Nailə Hüseynova “Qan yaddaşımızın tarixi kökləri”, Raisə Cəfərova “20 Yanvara gedən yol” və elmi işçi Aybəniz Osmanova “20 Yanvar – Azərbaycana qarşı törədilmiş bəşəri cinayət” adlı geniş məruzələrlə çıxış ediblər.

Elmina Muxtarlı

Xəbər Lenti

Bu gün Milli Musiqi Günüdür18.09.2026 - 06:58
Bu günün hava PROQNOZU18.09.2026 - 06:25
BMU rektoru şəhid ailələrinin üzvü olan tələbələrlə görüşüb18.09.2026 - 05:57
ADNSU-da “ENGINEXT 2026- Mühəndislik düşərgəsi” başa çatıb18.09.2026 - 05:24
BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub18.09.2026 - 04:57
Rəqəmsal İqtisadiyyat fakültəsinin I kurs tələbələrinin 38,3 faizi 600-dən yüksək bal toplayıb18.09.2026 - 04:36
UNEC rektoru AMEA-nın “Aziz Sancar döş nişanı” ilə təltif olunub18.09.2026 - 04:02
ADMİU-nun dosenti Türkiyənin universitetlərində rəsmi görüşlər keçirib17.09.2026 - 06:57
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib17.09.2026 - 06:31
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq17.09.2026 - 05:58
Bu gün 35 dərəcə isti olacaq17.09.2026 - 05:35
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb17.09.2026 - 05:03
BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub17.09.2026 - 04:41
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur17.09.2026 - 04:24
LDU-da Respublika Elmi-Praktik Konfrans keçiriləcək17.09.2026 - 04:02
Bu günün hava PROQNOZU16.09.2026 - 06:58
"ADU Radio"nun açılışı olub16.09.2026 - 06:26
AzTU-da Bilik Gününə həsr olunan tədbir keçirilib16.09.2026 - 05:58
“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq16.09.2026 - 05:37
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Bilik Günü16.09.2026 - 05:12
BMU-da yeni tədris ilinin açılış mərasimi keçirilib16.09.2026 - 04:43
ADNSU tələbələri ölkənin ən böyük innovasiya festivalı olan "Baku ID"də iştirak edəcəklər16.09.2026 - 04:34
ADNSU-ya süni intellekt üzrə metodoloji vəsaitlər təqdim edilib16.09.2026 - 04:26
UNEC tələbələri "GameTech Bootcamp" hakatonunda çempion olub16.09.2026 - 04:15
Yeni tədris ilində UNEC Elmi Şurasının ilk iclası keçirilib16.09.2026 - 04:02
Bu gün Azərbaycanda ilk dərs günüdür - FOTOLAR15.09.2026 - 07:00
Doktorantların departamentdaxili müdafiəsi və yeni tədris ili ilə bağlı iclas15.09.2026 - 06:58
Cənubi Koreya Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul elan edib15.09.2026 - 06:45
AzTU-nun prorektoru Özbəkistanda beynəlxalq seminarda çıxış edib15.09.2026 - 06:25
AzTU nümayəndələri Pekində beynəlxalq sammitdə iştirak edib15.09.2026 - 05:57
Bu gün Azərbaycanda 34 dərəcə isti olacaq15.09.2026 - 05:44
Strateji İnkişaf Planının hazırlanması ilə bağlı növbəti iclas keçirilib15.09.2026 - 05:35
ADNSU-nun 6 tələbəsi “Engineering Bootcamp” proqramını uğurla başa vurub15.09.2026 - 05:26
BMU-nun prorektoru Fəxri fərmanla təltif edilib15.09.2026 - 05:17
ADNSU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif edilib15.09.2026 - 05:08
ADNSU-da rəhbər heyətin mülki müdafiə məşqi keçirilib15.09.2026 - 04:59
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək15.09.2026 - 04:50
Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar15.09.2026 - 04:41
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq15.09.2026 - 04:32
UNEC ilə Baku Medical Plaza səhiyyə idarəçiliyi üzrə əməkdaşlıq edəcək15.09.2026 - 04:24
BDU-da yeni tədris ili başlayıb15.09.2026 - 04:15
UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü keçirilib15.09.2026 - 04:09
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür15.09.2026 - 04:02
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş keçirilib12.09.2026 - 07:23
UNEC ilə Liv Bona Dea Hospital arasında əməkdaşlıq memorandumu imzalanıb11.09.2026 - 11:55
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar11.09.2026 - 11:50
Deputat: “Ali təhsil haqqında qanuna yenidən baxılmalıdır“11.09.2026 - 11:45
Günəşdə şiddətli partlayış ehtimalı var11.09.2026 - 11:40