Təhsil 365 - Logo Mobile

Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib - FOTO/VİDEO

2629.01.2024 - 15:55
Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirilib - FOTO/VİDEO

Ötən tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb ediliblər. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib.

Müdafiə Nazirliyindən "Təhsil365"ə verilən məlumata görə, toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, yola saldığımız 2023-cü il xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi, eləcə də Ordumuzun sentyabrda keçirdiyi uğurlu lokal antiterror tədbirləri nəticəsində işğal altında qalan torpaqlarımızın tam azad olunması Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Həmçinin Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm addımlar atılır. Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti ən müasir standartlar səviyyəsinə yüksəldilib.

Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini - qərargah rəisi, general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib.

O bildirib ki, birləşmə və hissələrin hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiqinə, birinci eşelon birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə yönəldilib.

Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif komanda-qərargah təlimləri, həmçinin qərargah və idarəetmə məntəqələrinin açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkili, mürəkkəb relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış fəaliyyəti üzrə suallar məşq etdirilib, eyni zamanda, bölük-tabor-briqada-ordu qərargahları arasında radiorabitənin yaradılması təmin olunub.

Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm tədbirlərin keçirilməsi davam etdirilib.

Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanan ikitərəfli müqavilələrə əsasən qardaş ölkədə ötən ilin yanvar və fevral aylarında “Qış təlimi-2023”, aprel və may aylarında “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimləri uğurla icra edilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri 2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.

General-leytenant F.Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib.

Kərəm Mustafayev müşavirənin yekununda qeyd edib ki, yola saldığımız 2023-cü tədris ilində olduğu kimi, bu ildə də Əlahiddə Ümumqoşun Ordu qarşıda duran bütün vəzifə və tapşırıqları uğurla yerinə yetirəcək, Vətən torpağının müdafiəsində ayıq-sayıq dayanacaq, əsl vətənpərvərlik, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcək.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edilib.

Elmina Muxtarlı

Xəbər Lenti

Ailə ilə baxmağa dəyər 5 film – Birlikdə keçirilən zamanın ən gözəl forması03.08.2025 - 15:57
Tələbələr üçün mütləq oxunmalı 5 kitab03.08.2025 - 15:46
ABŞ-da miqrasiya reydləri məktəbdə davamiyyətə zərbə vurur – Şagirdlər qorxu içindədir03.08.2025 - 15:37
Dünyanın möhtəşəm təbiət mənzərələri03.08.2025 - 15:24
Qazax məktəblisi Muhammədəli Avropada ikinci oldu!03.08.2025 - 15:20
Delhi Hökumətindən xüsusi məktəblərə nəzarət addımı: Yeni qanun layihəsi ilə özbaşınalıq bitəcək03.08.2025 - 15:08
İtalyan fermerlərdən sosial media turistlərinə cavab: Dağlara turnikələr və giriş haqqı03.08.2025 - 14:54
Dünya Bankı Qlobal təhsil sahəsində əhəmiyyətli rol oynayır03.08.2025 - 14:38
Azərbaycanda uşaqların sayı azalır?03.08.2025 - 14:30
İnsan olmadan tikinti: Marsda mikroorqanizmlərlə ev inşa ediləcək03.08.2025 - 14:24
Alaska qanunvericiləri təhsilə ayrılan vəsaitin veto edilməsini ləğv etdilər03.08.2025 - 14:17
Azərbaycanın təhsil sistemi beynəlxalq baxış bucağında03.08.2025 - 14:15
Afrikada su quyuları açıldı– minlərlə insan təmiz suya qovuşdu03.08.2025 - 14:03
MDB ölkələrində təhsilə maraq artır03.08.2025 - 14:00
Diqqət! “İnnovativ məktəb” layihəsinə müraciət üçün son tarix yaxınlaşır03.08.2025 - 12:50
Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib 03.08.2025 - 12:43
Emin Əmrullayev İsmayıllıda vətəndaşları qəbul edəcək03.08.2025 - 12:40
Azərbaycan şagirdlərindən Beynəlxalq İnformatika Olimpiadasında tarixi uğur03.08.2025 - 12:25
Dövlət qulluğu üzrə test imtahanları keçirilib03.08.2025 - 12:12
Peşə təhsili və onun gələcəyin ixtisaslarına uyğunluğu03.08.2025 - 11:50
"Uşaqlarda yay allergiyaları: mütəxəssislər nə deyir?"03.08.2025 - 11:40
Ekspertdən dövlətə təklif: "Heydər Əliyev adına universitet yaradılsın" 03.08.2025 - 11:08
Niyazi Tağızadənin vəfatından 41 il ötür03.08.2025 - 11:05
MDU tələbələrinin sosial və yaradıcı inkişafına dəstək: TGT klubları geniş imkanlar yaradır03.08.2025 - 10:59
Şəki Dövlət Dram Teatrının tanınmış aktrisası Brilyant Babayeva vəfat edib03.08.2025 - 10:50
Şirvanda iki nəfərin batması ilə bağlı FHN-dən açıqlama03.08.2025 - 10:33
“Ballarla gələcək qurulmur” – Ekspertdən ixtisas seçimi ilə bağlı sərt xəbərdarlıq03.08.2025 - 10:22
Qılıncoynatmanın canlı əfsanəsi Yaşar Məmmədovun 90 illik yubileyi qeyd olundu03.08.2025 - 10:15
"Tələbələr arasında zərərli vərdişlər artır – sağlamlığa təhlükə yaxınlaşır03.08.2025 - 10:00
Fotoqrafiyanın Bəşəri Gücü: Gənclərə sülh və insanlıq dərsi03.08.2025 - 09:52
Elçin Əfəndiyev vəfat etdi - FOTO03.08.2025 - 09:40
Qız uşağı utandırılmalı deyil, gücləndirilməlidir03.08.2025 - 09:00
Sosial şəbəkələrdə təhqir və şantajın uşaqlar və yeniyetmələrə psixoloji təsiri03.08.2025 - 08:43
Cinsi zorakılığa məruz qalan uşaqlarda görünməyən izlər03.08.2025 - 08:28
“Zəhərli pozitivlik” uşaqlarda daxili basqılara səbəb ola bilər03.08.2025 - 08:12
Uşaqların daxili dünyası sinif otağında necə qorunur?03.08.2025 - 08:00
DİN: "Azyaşlıya qarşı hüquqazidd hərəkət edən şəxs məsuliyyətə cəlb olundu"03.08.2025 - 07:46
“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı03.08.2025 - 07:35
Qrafik dizayner ixtisasına qəbul üçün müraciətlər davam edir03.08.2025 - 07:23
Dənizkənarı Bulvarda Kino Gecəsi Keçirildi03.08.2025 - 07:20
Məzun Gününə həsr olunmuş “GradFEST2025” festivalı başa çatıb03.08.2025 - 07:03
Azərbaycan Kinosu Günündə Nizami Kino Mərkəzində Yerli Filmlər03.08.2025 - 06:50
Bu gün 1000-ə yaxın namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir03.08.2025 - 06:49
Təhsilini ADAU-da al, təqaüdlə dəstəklən03.08.2025 - 06:37
2 Avqust: Azərbaycan Kinematoqrafiyasının Tarixi Günü və “Cənnət Yuxusu” filmi03.08.2025 - 06:35
Pedaqoji Universitet “Gələcəyin müəllimi” təqaüdünü elan edir03.08.2025 - 06:26
Kino Agentliyi 2025-ci il üçün Film Layihələri müsabiqəsini elan edib03.08.2025 - 06:15
Bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək03.08.2025 - 06:07