Təhsil 365 - Logo Mobile

“Biz gənclər ölkəmizin gələcək inkişafına töhfəmizi verməliyik”

6502.02.2024 - 13:50
“Biz gənclər ölkəmizin gələcək inkişafına töhfəmizi verməliyik”

Prezident təqaüdçüsü İslam Məmmədov 30 yanvar 2006-cı ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyi bitirib. Məktəb illərində riyaziyyat, fizika və ingilis dili fənlərinə xüsusi maraq göstərib. Proqramlaşdırma, kodlaşdırma sahəsini dərindən öyrənməyə çalışıb. SAF 2021 Beynəlxalq STEAM Azərbaycan Festivalında “Hackathon” kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.

İslam Məmmədov 2023-cü ildə qəbul imtahanlarında 679,4 bal toplayaraq Azərbaycan-Fransız Universitetinin (UFAZ) kompüter elmləri ixtisasına qəbul olub və Prezident təqaüdçüsü adı qazanıb. Hazırda birinci kursda əla qiymətlərlə təhsil almaqdadır və uğurlu Azərbaycan gənci olaraq bildirir: “Prezident təqaüdünə layiq görülmüş tələbələr sırasında olmaq həqiqətən də qürurverici hissdir. Həmin siyahıda olduğumdan xəbər tutanda, əlbəttə, hədsiz sevindim. Əziyyətimizin layiqincə qiymətləndirilməsi gənclərə göstərilən diqqət və qayğının bir nümunəsidir.Yüksək bal toplayan şagirdlərin biliyini qiymətləndirərək onlara əlavə təqaüd təyin etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, bu nailiyyəti qazanmaqda mənə dəstək olan bütün müəllimlərə və valideynlərimə təşəkkürümü bildirirəm.Vurğulamaq istərdim ki, gələcək nailiyyətlərimə gedən yolda bu, mənim üçün böyük bir stimul olacaq.Prezident təqaüdü  təhsildə fərqlənən  tələbələrə dövlət tərəfindən göstərilən həm maddi, həm də mənəvi dəstəkdir.  Bu baxımdan, biz gənclər də öz üzərimizdə durmadan çalışmalıyıq, bizə yaradılan gözəl imkan sayəsində ölkəmizin gələcək inkişafına töhfəmizi verməliyik. Mənim gələcək hədəfim ali məktəbi fərqlənmə ilə bitirib Dövlət Proqramı çərçivəsində xaricdə magistr təhsili almaq, proqramlaşdırma üzrə şirkət yaratmaqdan ibarətdir”.

“Hədəfim Dövlət Proqramı vasitəsilə təhsilimi xaricdə davam etdirməkdir”

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən Zəhra Quliyeva 4 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyi bitirib. Məktəb illərində riyaziyyatla yanaşı digər texniki fənlərə maraq göstərib.

2019-cu ildə qəbul imtahanlarında 666,7 bal toplayaraq Bakı Mühəndislik Universitetinin riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olan Zəhra həmin il universitet üzrə ən yüksək bal topladığı üçün “Universitet birincisi” adına,eyni zamanda yüksək balla müəllimlik ixtisasını seçdiyi üçün “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Tələbəlik illərində də Zəhra fəallığı ilə seçilib. 2022-ci ildə ARTİ-nin təşkil etdiyi “Mathcamp 2022” riyaziyyat düşərgəsində, 2023-cü ildə “Heydər Əliyev İli”nə həsr olunmuş Statistika olimpiadasında uğurla iştirak edib, Bakı Ali Neft Məktəbində “BHOS Math Club”un təşkil etdiyi riyaziyyat  yarışında qatıldığı komanda ilə birlikdə 2-ci yeri qazanıb.

2023-cü il dekabrın 16-da Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında “Heydər Əliyev adına təqaüd”ün təqdim olunması Zəhra Quliyeva üçün ən sevindirici və qürurverici hadisə olub: “Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı Sərəncamı ölkə gənclərinə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bu təqaüdə layiq görülən 100 tələbədən biri olaraq deməliyəm ki, ölkə başçımızın bu təşəbbüsü biz tələbələri olduqca ruhlandırır, təhsilə olan marağımızı artırır.Biz gənclər dövlətin yaratdığı bu cür imkanları daim yüksək qiymətləndiririk. Əminəm ki, bu təşəbbüs gənclərin parlaq gələcəyi üçün atılan mühüm bir addımdır. Bütün bu məqamlar Azərbaycan gəncliyinin gələcəyinə olan inamı daha da artırır. Tələbələr üçün belə bir imkan yaratdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. “Heydər Əliyev adına təqaüd” motivasiyamızın artması baxımından önəm daşıyır və biz tələbələrin gələcək karyeraları baxımından da mühüm rol oynayır. Mənim gələcək hədəfim dövlətimizin gənclər üçün yaratdığı növbəti imkanlardan biri olan Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alıb ölkəmizdə müəllim kimi fəaliyyətimi davam etdirməkdir”.

Elmina Muxtarlı

Xəbər Lenti

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub12.04.2026 - 19:55
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib12.04.2026 - 19:45
Adınızın sirri: ad insanın taleyinə necə təsir edir?12.04.2026 - 19:37
Süni intellekt laboratoriya siçovullarının "dilini" öyrəndi: Depressiya sınaqlarında inqilab12.04.2026 - 19:28
53 minə yaxın şagird imtahan VERƏCƏK12.04.2026 - 19:20
Müasir uşaqlar daha ağıllıdır, yoxsa sadəcə daha çox informasiya görür? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:18
Sosial mediada “ideal uşaq” obrazı valideynlərə psixoloji təzyiq yaradırmı? – Psixoloqdan açıqlama12.04.2026 - 19:12
Planşetlə böyüyən uşaqlar gələcəkdə nəyi itirə bilər? – Məktəbəqədər ekspert açıqladı12.04.2026 - 19:05
Qazaxıstanda yaşayış binasında yanğın nəticəsində üç uşaq ölüb12.04.2026 - 18:56
Sabah 16 dərəcə isti olacaq12.04.2026 - 18:46
6 yaşlı məktəbli ürək tutmasından vəfat edib12.04.2026 - 18:39
Polis hava ilə bağlı xəbərdarlıq edib12.04.2026 - 18:28
Çin Ay missiyasını bu ilin ikinci yarısında həyata keçirəcək12.04.2026 - 18:19
Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələri var12.04.2026 - 18:10
Patent müvəkkilliyinə namizədlərin attestasiya imtahanı keçirilib12.04.2026 - 18:08
Texnologiya şirkətləri data mərkəzlərini Körfəz ölkələrindən Türkiyəyə köçürə bilər12.04.2026 - 18:00
“Tesla” ucuz elektrik avtomobili hazırlayır12.04.2026 - 17:55
3 nəfər imtahandan xaric olundu12.04.2026 - 17:52
Tovuzda həndbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb12.04.2026 - 17:50
Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib12.04.2026 - 17:45
Tolerantlıq və multikultural dəyərlər modeli12.04.2026 - 17:45
Bugünkü imtahanın nəticələri 5 həftə ərzində AÇIQLANACAQ12.04.2026 - 17:38
Akademik Musiqili Teatrında növbəti premyera: “Mesenat”12.04.2026 - 17:35
Şəhərdə yaşamaq beyinin qocalmasına necə təsir edir? - Ekspertdən açıqlama12.04.2026 - 17:35
Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 12.04.2026 - 17:26
Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı12.04.2026 - 17:25
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər12.04.2026 - 17:25
Naxçıvanda XI siniflər üçün monitorinqi keçirilib12.04.2026 - 17:18
Cədvəldə var, amma dərs keçirilmir - Məktəblərdə fiziki tərbiyə fənni problemi12.04.2026 - 17:15
Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"12.04.2026 - 17:15
Həssas məzmunlu oyunlara məhdudiyyətlər tətbiq olunacaq12.04.2026 - 17:06
İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər 12.04.2026 - 17:05
İran müharibəsi qlobal smartfon bazarını çökdürüb12.04.2026 - 17:00
Meteoritlərdəki sirli maddə sənayeni dəyişə bilər: Alimlərdən maraqlı tapıntı12.04.2026 - 16:55
Okeanın dibində sirli yol aşkarlandı: "Sarı kərpic cığır" hər kəsi heyrətləndirdi12.04.2026 - 16:45
Doqquzillik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib - Nəticələr nə zaman məlum olacaq?12.04.2026 - 16:40
Marsa gedən yol Aydan keçir - Yeni Plan12.04.2026 - 16:35
Adil Kərimli onu rəis təyin etdi12.04.2026 - 16:30
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər12.04.2026 - 16:25
Bu gün imtahan var12.04.2026 - 16:20
"WhatsApp" Pavel Durovun tənqidlərinə cavab verib12.04.2026 - 16:15
Demensiyanın gözlənilməz gizli səbəbi12.04.2026 - 16:10
Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur12.04.2026 - 16:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA12.04.2026 - 16:00
Nazir: Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrası nəzərdə tutulur12.04.2026 - 16:00
BMU-ya 6 ixtisas üzrə beynəlxalq akkreditasiya sertifikatları təqdim olunub12.04.2026 - 15:50
Bu gün 53 min şagird buraxılış imtahanı verir12.04.2026 - 15:40
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək12.04.2026 - 15:30